Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

Oqtay Əsədov: «Bu insanlar bizə demokratiya dərsi vermək istəyirlər»


Oqtay Əsədov
Oqtay Əsədov
-
«Ramil Səfərov məsələsinin şişirdilməsi münaqişənin həllini daha da müşkül vəziyyətə sala bilər». Milli Məclisin sədri Oqtay Əsədov Strasburqda keçirilən Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin konfransında belə deyib. O, erməni həmkarı Hovik Abrahamyanın çıxışına cavab olaraq bu məsələyə toxunub.

Milli Məclisin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, Hovik Abrahmayan tədbirdə Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvi məsələsini gündəmə gətirib. O, Azərbaycan prezidenti İlham Əliyevin saytında Ramil Səfərovun əfvi ilə bağlı məlumat və Azərbaycan xalqı adından bunu təqdir edən məktubların yerləşdirildiyini deyib.

Oqtay Əsədov isə Ermənistan parlamentinin spikerinə belə cavab verib:

«Təəssüflər olsun ki, bu məsələni şişirtməklə həm Ermənistan, həm onun lobbisi, həm də onun havadarları status-kvonu saxlamaq niyyətindədirlər. Ancaq mən bildirmək istəyirəm ki, status-kvo qəbuledilməzdir. Ramil Səfərov məsələsinin şişirdilməsi münaqişənin həllini daha da müşkül vəziyyətə sala bilər. Mən çox şadam ki, Azərbaycan Prezidentinin saytını bunlar çox diqqətlə izləyirlər. Ancaq yaxşı olardı ki, onlar öz prezidentlərinin saytına baxsınlar. Öz prezidentlərinin verdiyi müsahibələrə baxsınlar ki, Ermənistan prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı soyqırımında iştirakı ilə fəxr edir və bu insanlar indi bizə demokratiya dərsi vermək istəyirlər. Mən çox təəssüf edirəm».

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə Macarıstanda keçirilən beynəlxalq tədbirdə erməni zabitini qətlə yetirib. Macarıstan məhkəməsi onu ömürlük azadlıqdan məhrum edib. Bu il avqustun 31-dəsə Ramil Səfərov Azərbaycana verilib və prezident dərhal onu əfv etməsi ilə bağlı fərman imzalayıb.
XS
SM
MD
LG