Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:33

İki böyük yazıçını çərlədən eqoist gözəlçə, yoxsa, sadəcə, azad qadın?


Polina Suslova
Polina Suslova
-

Dostoyevskinin qızı yazır:

"Polina səhər saat 7-də atamın yanına gəlir, onu yuxudan oyadır və yekə bir bıçaq çıxarıb deyir ki, sevgilisi əclafın biridir, həmin bıçaqla onun başını kəsməyə gedir, amma bunu etməmişdən qabaq atamı görməyə gəlib..."


Ona bu epitetlərin hamısını aid etmək olar: unudulmaz, parlaq, çılğın, qalmaqallı, eqoist, mənasız...

Bu qadın haqda bir-birinə daban-daban zidd olan rəylər mövcuddur.

Bəziləri Polina Suslova barəsində yazırlar ki, o, boş və mənasız bir həyat yaşayıb, nə yazıçı kimi ondan səviyyəli bir əsər qalıb, nə də normal ailə quraraq övlad sahibi olub.

Amma eyni zamanda bu qadında yəqin qeyri-adi nəsə vardı ki, ona Rusiyanın iki böyük yazıçısı aşiq olmuşdu: Dostoyevski və Rozanov.

Hərçənd bu sevgi onlara illər uzunu ağrı-acı yaşatdı.

NASTASYA, QRUŞENKA, POLİNA...

Apollinariya Prokofyevna Suslova Dostoyevskinin şah əsərlərindəki qadın obrazlarının prototipi sayılır:

"İdiot"dakı Nastasya Filipovnanın, "Karamazov qardaşları"ndakı Qruşenkanın və "Qomarbaz"dakı Polinanın (Polina Apollinariya adının əzizləmə formasıdır).

Suslova özü də yazıçı idi, ondan bir neçə povest qalıb.

Polinanın atası Prokofi Suslov qraf Şeremetyevin təhkimli kəndlisi idi.

Amma sonradan təhkimçilikdən xilas olaraq ticarətə girişir.

Öz ağlı, qabiliyyəti, zəhməti ilə pul qazanıb kifayət qədər imkanlı şəxsə çevrilir.

Hər iki qızını - Nadejda və Apollinariyanı oxutdurmağa qərar verir.

Nadejda sonradan Rusiyanın ilk ali təhsilli qadın həkimi olur.

Polina nəcib qızlar pansionunda tərbiyə alır.

Gənc yaşlarında isə universitet mühazirələrini dinləmək imkanı qazanır.

Dostoyevski ilə tanış olanda Polinanın 21 yaşı vardı.

Dostoyevskininsə onda 40 yaşı tamam olmuşdu, artıq böyük yazıçı kimi tanınırdı, sürgündə olduğu üçün və üsyankarlığına görə gənclər arasında böyük hörməti vardı.

GƏZƏYƏN QIZ?

Polina ilə Dostoyeskinin münasibətləri haqda dahi yazıçının qızı Lyubov Dostoyevskinin yazdıqları diqqət çəkir:

"Polina Peterburqa kənddən gəlmişdi. Onun kənddə yaşayan valideynləri zəngin olduqları üçün Peterburqda rahat yaşaması üçün qızlarına kifayət qədər pul göndərirdilər. O hər payız universitetə yazılır, amma nə dərs oxuyur. nə də imtahan
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
verirdi. Buna baxmayaraq mühazirələrə həvəslə gedir, tələbə oğlanlarla gəzir, hətta evlərinə də gedir, onlara işləməyə mane olur, onları siyasi aksiyalarda iştiraka təhrik edir, zorən etiraz bəyanatlarına qol çəkdirir, bütün siyasi nümayişlərdə iştirak edir, tələbələrin önündə addımlayır, əlində qırmızı bayraq Marselyeza oxuyur, kazakları söyür və provakativ hərəkətlər edirdi... Polina bütün ballarda, tələbələrin ədəbi gecələrində iştirak edir. onlarla rəqs edir, onları alqışlayır, gənclərin bütün yeni ideyalarına dəstəkləyirdi... O, Dostoyevskinin ətrafında çox fırlanır, bütün mümkün vasitələrlə onun xoşuna gəlməyə çalışırdı. Amma bu, Dostoyevskinin diqqətini cəlb etmirdi. Onda Polina ona məktub yazıb ürəyini açır. Atamın kağızları arasından tapılan həmin məktub sadə, sadəlövh və poetik idi. Güman etmək olardı ki, məktubu dahi yazıçıya heyran olan utancaq bir qız yazıb. Dostoyevski Polinanın məktubunu oxuyub təsirlənir..."

Amma araşdırmaçılar Dostoyevskinin qızının məktubuna tənqidi yanaşırlar.

Məktubun birinci hissəsi hətta böhtan sayıla bilər.

Suslova heç vaxt rəsmən tələbə olmayıb, çünki 19-cu əsrin 60-cı illərində Rusiyada hələ qızlara ali təhsil almaq şəraiti yaradılmamışdı.

Qızlar mühazirələrdə yalnız könüllü iştirak edə bilərdilər.

Hərçənd universitet rəhbərləri buna həvəssiz razılıq verirdilər.

Mühazirədə iştirak könüllü olduğu üçün hər hansı imtahandan da söhbət gedə bilməzdi.

Universitetdə təhsil almayan bir qızın tələbələrin siyasi aksiyalarında öndə getməsi haqda yazılanlara da şübhə edənlər var.

Bu yalnız o halda mümkün ola bilərdi ki, Polina tələbə hərəkatının liderlərindən hansınınsa sevgilisi olsun, amma kimsə belə bir şey xatırlamır.

Amma Polinanın Dostoyevski ilə münasibətləri haqda yazılanlara inanmaq olar.

"XƏSTƏCƏSİNƏ EQOİST"

Məktubdan sonra Dostoyevski ilə Polina arasında eşq macərası başlanır.

Yazıçı məşuqəsinin xahişlərini də yerə salmır. Polinanın «Покуда» adlanan zəif povesti Dostoyevski qardaşlarının buraxdığı «Время» jurnalında çap edilir.

Amma tezliklə bu münasibət "bir gün sevgi-bir gün nifrət" ssenarisi üzrə inkişaf etməyə başlayır. Suslova elə hey Dostoyevskidən tələb edir ki. "vərəmli arvadı"nı boşasın.

Sonralar Dostoyevski yazacaqdı ki,

Polina Suslova
Polina Suslova
"Apollinariya - xəstəcəsinə eqoistdir. Ondakı eqoizm və özünəvurğunluğun həddi-hüdudu yoxdur. O, insanlara qarşı həddən artıq tələbkardır, onlardan hər şey, hər işdə qüsursuzluq tələb edir, yaxşı cəhətləri nəzərə almadan bircə qüsuru belə bağışlamır, özünü isə başqa insanlar qarşısında kiçicik məsuliyyətdən belə azad edir".

Növbəti mübahisədən sonra onların Avropaya birgə səfəri təxirə düşür, Apollinariya Parisə tək yollanır. Orada bir fransıza vurulur.

Yazıçının qızı Lyubov Dostoyevskaya hadisələrin sonrakı inkişafı haqda bunları yazır:

"Yazda Polina Parisdən atama yazır ki, fransızla münasibətləri uğursuzluqla sonuclanıb, fransız onu aldadıb, amma fransızı tərk etmək üçün son addımı atmağa ürəyində təpər yoxdur. Atama yalvarır ki, onun dalınca Parisə gəlsin. Dostoyevski bir müddət məsələni yubatdığı üçün Polina onu intihar edəcəyi ilə qorxudur - rus qadınlarının sevimli hədəsi. Bundan qorxuya düşən atam Fransaya yollanır və gözüyaşlı gözəli ağıllandırmaq üçün əlindən gələni edir. Polina görəndə ki Dostoyevski onunla çox soyuq davranır, ən son vasitəyə əl atır. Günlərin bir günü Polina səhər saat 7-də atamın yanına gəlir, onu yuxudan oyadır və yekə bir bıçaq çıxarıb atama deyir ki, sevgilisi əclafın biridir, gedib bıçağı onun boğazına saplayacaq, amma bunu etməmişdən qabaq atamı görməyə gəlib... Bilmirəm, Fyodor Mixayloviç Polinanın bu bayağı komediya ilə onu axmaq yerinə qoymasına imkan verib, yoxsa yox, hər halda o, Polinaya məsləhət görür ki, bıçağını Parisdə qoyub onunla birlikdə Almaniyaya getsin. Polina razılaşır, onun istədiyi məhz elə bu idi".

HƏR ŞEYDƏN ÜSTÜN OLAN ŞƏXSİ AZADLIQ...

Birinci arvadının ölümündən sonra Dostoyevski Suslovaya evlənmək təklifi edir, amma o, razı olmur.

Onların heç də hamar olmayan bu qeyri-müəyyən münasibətləri bir müddət də davam edir.

Dostoyevski üçün həyatının həmin dövrü çox ağrılı olub.

Bəziləri hesab edirlər ki, Suslova üçün Dostoyevski dahi yazıçı yox, sadəcə arxasınca düşən kişilərdən biri olub.

Hətta Polinanın onun dahiyanə romanlarını oxumadığını, ona görə də Dostoyevskinin zəngin daxili aləmindən xəbərsiz olduğunu iddia edənlər də var.

Gənc stenoqrafist Anna Snitkina isə Dostoyevskinin evlilik təklifinə dərhal razılıq verir.

O özünü Dostoyevskiyə qurban verməyə də hazır idi. Dostoyevski onun üçün əlçatmaz zirvə idi. Apollinariya isə həyatını heç kimə, hətta dahi yazıçıya da həsr etmək istəmirdi,
Vasili Rozanov
Vasili Rozanov
onun üçün şəxsi azadlığı vacib idi.

Dostoyevski ilə ayrılandan sonra Suslova məktubların bəzilərini məhv edir, ona görə də onun yazıçı ilə yaşadığı eşq macərasının tam təfərrüatı bilinmir.

Hətta ayrılandan sonra da Dostoyevski onu unutmur: "Mən onu hələ də sevirəm, çox sevirəm, amma daha sevmək istəməzdim".

ROZANOVLA NİGAH

Başqa bir böyük rus yazıçısı Vasili Rozanov Polina Suslova ilə tanış olanda tələbə idi.

Suslovanınsa yaşı çoxdan otuzu keçmişdi. Rozanov Polinanın vaxtilə Dostoyevskinin məşuqəsi olduğunu bilirdi.

Dostoyevskini özünə ideal sayan Rozanov üçün bu, Polinaya sevgisini artıran bir amil idi.

Rozanov öz gündəliyində yazır:

"Apollinariya Prokofyevna Suslova ilə tanışlıq. Ona olan sevgim. Suslova məni sevir, mən də onu çox sevirəm. O, indiyəcən qarşıma çıxan ən gözəl qadındır".

1880-ci ildə ailə quranda Rozanovun 24, Suslovanınsa 40 yaşı vardı.

Yaş fərqinə və Polinanın çətin xasiyyətinə görə ailə həyatı dözülməz birgəyaşayışa çevrilir.

Polina gənc həyat yoldaşını başqa qadınlara qısqanır, camaat içində "konsertlər" verirdi. Rozanovu şorgöz olmaqda günahlandırsa da, özü ərinin yoldaşları ilə münasibətlərdə tam sərbəst idi.

Bu cür həyat Rozanov üçün zülüm idi. Rozanovun qızı Tatyana xatirələrində yazır:

"Suslova atamı ələ salırdı, deyirdi ki, o, gic-gic kitablar yazır, çox pis təhqir edirdi. Axırda da onu atıb getdi. Bu, kiçik əyalət şəhəri üçün böyük qalmaqal idi".

Suslova Rozanovu iki dəfə tərk edib. Nə qədər təəccüblü görünsə də, yazıçı Polinaya hər şeyi bağışlayır və ondan qayıtmasını xahiş edirdi.

"ONU UNUTMAQ MÜMKÜN DEYİL"

Amma 1890-cı ilə aid məktubunda Rozanov Polinaya başqa şeylər də yazır:

"Siz ipək libaslar geyib sağa-sola hədiyyələr paylayır, özünüz haqda zəngin xanım obrazı yaradırdınız. Anlamırdınız ki, bu obrazla məni başıaşağı edirsiz. Hamı yaş
fərqimizi görürdü və siz hamıya şikayətlənirdiniz ki, mən əxlaqsızın, alçağın biriyəm. İnsanlar mənim haqqımda nə fikirləşəcəkdilər? Düşünürdülər ki, mən sizinlə pulunuza görə evlənmişəm. Mən bu damğayla 7 il yaşamışam. Siz məni söyüb-aşağılayıb biabır edir, qabağınıza çıxana vaxtımı axmaq-axmaq yazılara sərf etdiyimi deyirdiniz".

Rozanovun başqa bir qadınla - ikinci həyat yoldaşı olacaq Varvara Dmitriyevna ilə münasibəti yarananda isə Polina bununla barışmaq istəmir, 20 il Rozanova boşanma razılığı verməyərək gənc ailə üçün əlavə problemlər yaradır.

Apollinariya Suslova 1918-ci ildə 78 yaşında vəfat edib.

Bir il sonra isə Rozanov dünyasını dəyişir.

Ölümünə az qalmış Rozanov Polina haqda yazırdı: "Onunla yola getmək çətin idi, amma onu unutmaq da mümkün deyil".

1928-ci ildə isə Suslovanın Dostoyevski haqda xatirələri kitab halında buraxılır (Суслова А. П. Годы близости с Достоевским. Воспоминания и письма).

Həmin kitabdan seçmələr tezliklə "Oxu zalı"nda
XS
SM
MD
LG