Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:51

«Gülər Əhmədova ilə bağlı video ətrafında spekulyasiya edənlər sadəcə məqamçılardır»


Mətbuat icmalı
Mətbuat icmalı
YUMRUĞUN İSTİQAMƏTİ...

«Hakimiyyətdaxili qrup sabitliyi tərpətmək istəyir». Bunu «Bizim yol»a müsahibəsində AMEA-nın üzvü, filosof Əli Abbasov deputat Gülər Əhmədova ilə sabiq rektor Elşad Abdullayev arasındakı qalmaqallı videoya münasibət bildirərkən deyib.

«Hansısa proseslərin getdiyi sezilir. Görünən odur ki, nəinki müxalifət, hətta dövlət daxilindəki müəyyən dairələr «gəmini tərpətmək» istəyirlər. Yəni vəziyyətin dəyişməsi üçün nəsə etmək istəyirlər».

Əli Abbasova görə, «Gülər Əhmədova olayı ilə bağlı dəyən yumruğun istiqamətini dəyişmək üçün başqa tərəfdən zərbə gələ bilər».

VİDEO QALMAQALI PARÇALANMA YARATDI?

«Yeni Müsavat» video qalmaqalının iqtidarı və hakim partiyanı parçaladığını yazır.

Qəzetə görə, «hakimiyyət YAP-çı deputat Gülər Əhmədovanı sərt cəzalandırmaq variantından geri çəkildi, hakim partiyada bu məsələ ilə bağlı ciddi ziddiyyətlər meydana çıxdı».

«...baş prokurorun açıqlamalarından məlum olub ki, E. Abdullayev Bakıya gəlib ifadə verməyənə qədər hüquq-mühafizə orqanları Gülər Əhmədova barəsində həbs qərarı vermək niyyətində deyil».

VİDEO SPEKULYASİYASI VƏ MƏQAMÇILAR...

«Gülər Əhmədova ilə bağlı video ətrafında spekulyasiya edənlər sadəcə məqamçılardır». «Yeni Azərbaycan» qəzetinin yazdığına görə, bu fikirlər YAP icra katibinin müavini Mübariz Qurbanlıya məxsusdur.

PREZİDENTƏ GÖRƏ TUTULAN?

«Azadlıq» qəzeti yazır ki, NİDA hərəkatının üzvü «Zaur Qurbanlını İlham Əliyevə görə tutublar».

«Zaur bu günlərin ən fəallarından idi. İki foto sizə hər şeyi deyə bilər. Məhz onu deyər ki, Zauru həm də İlham Əliyevə görə tutublar. Gənc fəalın həbsi zamanı ondan narkotik yox, ona məxsus sayılan və İlham Əliyevlə bağlı plakatdır... Fəal bloqçu olan Zaur bu günlərdə ölkə gündəmində xeyli ciddi reaksiya yaradan bir fakt barədə yazıb. Fakt da odur ki, prezidentin qızı Leyla Əliyevaya məxsus şer orta məktəb dərsliyinə salınıb».
XS
SM
MD
LG