Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:29

20 oktyabr etirazları həbslərlə nəticələndi

Oktyabrın 20-də Bakıda etiraz aksiyası keçirmək istəüyən gənclərin cəhdləri kütləvi həbslərlə nəticələndi. Fəvvarələr Meydanı və Müsavat partiyasının qərargahı polis nəzarətinə götürülmüşdü. Özünü təqdim etməyən mülki geyimli şəxslər müxalifətçilər arasında həbslər aparırdı. Günün sonunda həbs olunanlar haqda məhkəmə hökmləri çıxarıldl. Hadisələrin gedişini izləyən müxbirlərimiz Bakının müxtəlif nöqtələrindən xəbər verirdilər. Bu xəbərləri oxumaqla, foto və videolara baxmaqla 20oktyabr etirazları haqda özündə tam təsəvvür yarada bilərsən. Səndə də maraqlı xəbər, foto və ya video varsa, bizimlə bölüşməyi unutma

15:02 20.10.2012
POLİS KAFEDƏN ÇIXAN MÜŞTƏRİLƏRİ GERİ QAYTARIR

AzadlıqRadiosunun əməkdaşı Nüşabə Fətullayeva xəbər verir ki, polis Fəvvarələr Meydanındakı kafelərdən çıxan müştəriləri geri qaytarır.Bu ərazidə skamyalarda oturanları sorğu-suala tutur. Şübhələndiklərini polis avtomobilinə mindirir, şübhələnmədiklərinə isə ərazini tərk etməyi tapşırırlar.
15:14 20.10.2012
KUKLA TEATRI QARŞISINDA SAXLANANLAR

Xalq Cəbhəsi Partiyasının 8 üzvü Kukla Teatrının qarşısında saxlanaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Onlar Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli, Suraxanı rayon təşkilatının sədri Vaqif Xalıqov, sıravilər Ehtiram Mehdiyev, Həsən Allahverdiyev, Aqil Əliyev, Sahib Əliyev, Orxan Carçıyev və soyadını dəqiqləşdirə bilmədiyimiz Qismətdir. Məlumatı AXCP-dən almışıq.

DAHA 4 NƏFƏR NİZAMİ KÜÇƏSİNDƏ SAXLANIB

AXCP-dən daha 4 nəfər saxlanıb. Onlar Nizami küçəsində polis tərəfindən saxlanaraq aparılıblar. Bunlar Dəyanət Babayev, Rəfiqə Qurbanlı, Natiq Ədilov, Xanım Mustafayevadır.

Davamı

XS
SM
MD
LG