Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:43

Əlisəmid Kür. Birinin meyvəsinə yığışardıq...


-






Birinin meyvəsinə yığışardıq,

O birinin kölgəsinə...


O qədər kiçikdi boyu

Kölgəsi olmazdı bar verən tutun.

Ha çırpardıq,

Silkələrdik

Boyu çıxmazdı ki,

Çıxmazdı.


Sərinlik gətirən barsız tuta da

Bircə nəfərimiz

Gedib çıxmazdı. ..

Günəş kölgəböyüdəniydi onun –

Kölgəsi bəsimizdi.



Beləcə yaşardı qonşuluqda

İki tut ağacı.

Birinin barını xoşlardıq,

O birinin kölgəsini...


1982
XS
SM
MD
LG