Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:06

İctimai Palata piketə hazırlaşır


Foto arxiv
Foto arxiv
İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib.

Şuranın üzvü Ədalət Yusubovun APA-ya verdiyi məlumata görə, iclasda Milli Məclisdə “Sərbəst toplaşma haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunub və qurum bunu sərbəst toplaşma azadlığına qadağa kimi qiymətləndirib.

Koordinasiya Şurası layihənin parlamentdə müzakirəyə çıxarılacağı gün - noyabrın 2-də
Milli Məclisin qarşısında piket keçirilməsi barədə qərar qəbul edib və piketlə bağlı bəyanat qəbul edilib.

Ədalət Yusubov bildirib ki, oktyabrın 29-da aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.

O aksiyanın keçirilməsində israrlı olduqlarını və icra hakimiyyətinin mövqeyindən asılı olmayaraq piketin keçiriləcəyini qeyd edib.
XS
SM
MD
LG