Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:00

Müxalifət yeni etiraz aksiyasına hazırlaşır


Arxiv foto
Arxiv foto

Müxalifət partiyaları və ictimai fəalların birləşdikləri İctimai Palata noyabrın 2-də Milli Məclisin binası qarşısında piket keçirmək qərarına gəlib. Həmin gün Milli Məclisdə “Sərbəst toplaşma haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi gözlənir. İctimai Palata da nəzərdə tutulan dəyişikliklərə etiraz etmək niyyətindədir.

Bu barədə İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar oktyabrın 26-da keçiriliclası keçirilib.

Qanuna təklif olunan düzəlişlərdə icra hakimiyyətləri ilə razılaşdırılmamış etiraz aksiyalarınıən təşkilatçıları və iştirakçılarının iri məbləğdə cərimə olunması nəzərdə tutulur.

Bu dəyişikliklər qəbul edilsə, razılaşdırılmamış mitinqə çıxacaq vətəndaşlar 500 manatdan 1000 manatadək cərimə cəzasının bir addımlığındadırlar. Mitinqin təşkilatçıları isə 1500 manatdan 3000 manatadək cərimənin astanasındadılar. Amma bu cərimə adi təşkilatçılar üçündür. Əgər təşkilatçı vəzifəli şəxsdirsə, ( siyasi partiyanın rəhbəri və ya funksioneri), o, 3000 manatdan 6000 manatadək cərimə ediləcək.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusubovun APA-ya verdiyi məlumata görə, iclasda Milli Məclisdə “Sərbəst toplaşma haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunub və qurum bunu sərbəst toplaşma azadlığına qadağa kimi qiymətləndirib.

Ədalət Yusubov bildirib ki, oktyabrın 29-da aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.
XS
SM
MD
LG