Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:42

Yazarlar toylara üsyan etdilər: "Daha toya getməyəcəyik!"


-

“Əziz qohumlar, yaxınlar! Biz yazarlar belə qərara gəldik ki, bundan sonra heç bir toyda iştirak etməyək və ona görə də xahiş edirik ki, bizi məlum ənənələrlə müşayiət olunan məclislərinizə dəvət etməyəsiniz”.

Bu fikir yazarların toyla bağlı yaydığı müraciətdəndir.

Müraciətdə vurğulanır ki, toy məclisləri indiki xarakteriylə toy sahibləri və qonaqlar üçün yalnız problemlər yaradır: ”Maddi baxımdan nəmər şəklində yığılan pullar şadlıq evlərinin sahiblərinə, müğənnilərə, toyla bağlı digər xərclərə sərf olunur. Bəzi hallarda toy sahibləri bu prosesdən borcla çıxırlar. Nəticə etibarilə qəribə mənzərə alınır: dəvət edənlə dəvət edilənlər sanki ona görə bir yerə yığışırlar ki, başqalarını varlandırsınlar”.

Müraciətdə qeyd edilir ki, bizim gəlirimiz əhatə dairəmizin genişliyinə rəğmən bu məclislərin hamısında iştirak etməyə imkan vermir: “Üstəgəl, şablon və bəsit toy «proqramı», keyfiyyətsiz akustika, repertuar bayağılığı, səs-küy bu məclislərdə şadlıq həzzini yaşamaya yox, mənfi enerji almağa xidmət edir. Hesab edirik ki, toylar 20-50 nəfərdən ibarət dar dairədə keçirilməli, toy sahibi dəvət olunanlardan nəmər ummamalıdır. Biz toplumun çox hallarda məhz özü üçün problemlər yaratdığının fərqindəyik və inanırıq ki, sözügedən məsələdə bu müraciətin ictimai faydası da olacaq”.

Müraciət hələlik üç yazar-Murad Köhnəqala, Salam Sarvan, Aqşin Yenisey tərəfindən imzalanıb. Facebookda xüsusi qrup yaradılacaq və hər kəs üçün müraciətə qoşulma imkanı olacaq.

kulis.az
XS
SM
MD
LG