Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:33

Azər Qasımov: «Ramiz Mehdiyev iş başındadır»


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iş başındadır.

Bunu AzadlıqRadiosuna administrasiyanın mətbuat xidmətinin rəhbəri Azər Qasımov deyib.

Keçən ay yerli mediada Ramiz Mehdiyevin Almaniyaya getməsi, həmin ölkədə müalicə alması haqqında xəbərlər yayılmışdı. Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov isə cənab Mehdiyevin qısamüddətli səfərdə olduğunu bildirmişdi. Demişdi ki, «hansı ölkəyə, nəyə gedib, bu, onun öz işidir».

Ramiz Mehdiyevin harada olması, işə çıxıb-çıxmaması haqqında AzadlıqRadiosunun sualına Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Azər Qasımov belə cavab verib:

«Bu, mənasız, heç bir əsası olmayan sualdır. Ramiz Mehdiyev fəaliyyətindədir, iş başındadır».

Oktyabrın 3-də Ramiz Mehdiyev Gülər Əhmədova-Elşad Abdullayev qalmaqalı ilə əlaqədar AzərTac-a bildirib ki, «bəhs olunan videoda mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır».

Mehdiyev əlavə edib: «Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub. Lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcək».
XS
SM
MD
LG