Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:54

Ali Məhkəmənin sədri məhkəmələri və hakimləri tənqid edib


Ramiz Rzayev
Ramiz Rzayev
-

Azərbaycan Ali Məhkəməsinin növbəti Plenumu keçirilir.

APA-nın məlumatına görə, iclası açan Ali Məhkəmənin sədri Ramiz Rzayev iclasda səhiyyə, ədliyyə nazirlərinin, məhkəmə sədrlərinin iştirak etdiyini deyib. Daha sonra gündəlik elan olunub. Gündəliyə məhkəmələr tərəfindən tibbi xarakterli qərarların verilməsi, Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə Milli Məclisə təkliflərin verilməsi və digər məsələlər daxilidir.

R. Rzayev çıxışında məhkəmələr tərəfindən bəzi qanun pozuntularına yol verdiyini deyib:

«Bəzən həkim-psixiatrın verməli olduğu rəy aidiyyatı olmayan şəxslər tərəfindən verilir. Bir çox hallarda həkim-psixiatrın rəyi nəzərə alınmır və azadlığa buraxılan şəxslər tərəfindən təkrar cinayətin törətməsi faktları aşkar olunub. Bir nəfər atasını öldürüb, anasını öldürməyə cəhd edib. Həmin şəxsin barəsində məcburi müalicə təyin olunub. Lakin sonradan məhkəmə həmin şəxsi - yəni İlqar Rzayevi azadlığa buraxıb. O da anasını öldürüb. Biz onu azadlığa buraxan hakimin fəaliyyətinə vaxtından əvvəl xitam vermişik. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslərin psixiatriya xəstəxanasına göndərilməsi barədə düzgün qərarlar verilmir. Bu işlər üzrə məhkəmə iclas protokolları çox qısa şəkildə şablon kimi tərtib olunur. Bu da onu göstərir ki, hakimlər protokolları oxumurlar».
XS
SM
MD
LG