Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:47

Rəssamlığın Orxan Pamuka öyrətdiyi 5 şey


Türkiyə - Pamuk İstanbulda yaratdığı "Məsumiyyət muzeyi"nin açılışı ərəfəsində keçirdiyi mətbuat konfransında, 27 aprel 2012
Türkiyə - Pamuk İstanbulda yaratdığı "Məsumiyyət muzeyi"nin açılışı ərəfəsində keçirdiyi mətbuat konfransında, 27 aprel 2012
-

“New York Times”a istinadla oxuzali.az


RƏSSAMLIĞIN ORXAN PAMUKA ÖYRƏTDİYİ 5 ŞEY

əvvəli burda

Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk həm də rəssamdır.

O bir neçə gün əvvəl “New York Times” qəzetinə verdiyi müsahibədə deyir ki, içindəki rəssam və yazar arasında əlaqələr gündən-günə sıxlaşır. Buna görə də o, indi şəkillərlə müşayiət edilən romanlar və mətn, hekayə ilə müşayiət edilən şəkil kitabları planlaşdırmaqdadır.

Yazıçı bildirir ki, 23 yaşında beynində rəssamlığın “sehrli vintləri boşalıb” və o, romançılığa keçib. Amma hələ də rəsm çəkməkdən həzz alır. Rəsm çəkəndə özünü daha xoşbəxt hiss edir. Baxmayaraq ki, yazı yazanda özünü dünya ilə daha sıx bağlı hiss edir.

Rəssamlıqla yazarlığın qardaş sənətlər olduğunu deyən Pamuk Columbia Universitetində bununla bağlı dərs keçdiyini də söyləyir: “Mən tələbələrimdən gözlərini yumub fikirlərində nəsə tutmağı, sonra gözlərini açıb bunun söz və ya şəkil olduğunu özləri üçün aydınlaşdırmağı xahiş etməyi xoşlayırdım. Düzgün cavabsa – “hər ikisi”dir! Romanlar bizim həm dil (Dostoyevski), həm də vizual (Prust, Nabokov) təxəyyülümüzə ünvanlanıb. Dostoyevskinin romanlarının o qədər unudulmaz səhnələri var ki, oradakı fon, yaxud əşyalar nadir hallarda yadımıza düşür”.

Pamuk deyir ki, başqa romançı tipləri də var. Elə romançılar ki, onlar yaddaqalan səhnələri xəyalımızda şəkillər, rəsmlər cızmaqla yaradırlar. “Floberin “mükəmməl söz”ündən əvvəl yazıçının fantaziyasında mükkəmməl rəsm yaranmalıdır. Yaxşı oxucu arabir əlindəki romanı bağlamalı, tavana baxmalı və yazıçının yaratdığı və hansısa cümləni, yaxud abzası doğurmuş ilkin rəsmi öz xəyalında canlandırmalıdır. Yazıçılar bu cür təxəyyülə malik oxucu üçün yazmalıdırlar”.

Pamuk deyir ki, uzun illər ərzində içindəki rəssam yazara 5 şey öyrədib:

1. Əgər yazacağınız əsərin strukturu ilə bağlı tam və aydın təsəvvürünüz yoxdursa, yazmağa başlamayın. (lirik mətn və şeir istisna olmaqla)

2. Əsərdə kamillik və simmetriyaya nail olmaq dalınca qaçmayın. Bu, əsərdəki həyatı məhv edəcək.

3. Baxış bucağı və perspektiv (dərinlik) qaydalarına əməl edin və dünyaya surətlərin gözü ilə baxın – bu qaydanı yalnız yaradıcı şəkildə pozmaq olar.

4. Van Qoq, yaxud neo-expressionist rəssamlar kimi əsərdə “fırça izi” qoyun! Oxucu romanın necə yaradıldığını müşahidə etməyindən həzz alacaq (Əgər bu, əsərin kiçik bir hissəsidirsə).

5. Təsadüfi gözəllikləri görməyi bacarın. Elə şeylərdə ki, nə ağılla yaradılıb, nə də əllə.
XS
SM
MD
LG