Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:32

«Naxçıvan MTN-i V. Talıbovun əmrlərini ləyaqətlə yerinə yetirməyə hazırdır»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

21 sentyabr 2012-ci il. Sayı: 179(20.584)

«MİLLİ DƏYƏRLƏR VƏ AİLƏ FAKTORU» MÖVZUSUNDA KONFRANS
...Nəsillərarası münasibətlərin qorunub saxlanılması, ailə üzvləri arasında qarşılıqlı münasibətlərin düzgün qurulması, ailənin uzunömürlü olmasının təmin edilməsi, vətənpərvərlik hisslərinin, qonaqpərvərlik adətlərinin uşaqlara aşılanması, böyüklərə hörmət, uşaqlara qayğı göstərilməsi, düzgün geyim formasının və milli mətbəximizin təbliği, adət - ənənələrimizin yaşadılması ailə dəyərlərimizin əsasını təşkil edir. Bu dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsində isə məsuliyyət, sözsüz ki, ailələrimizin, xüsusən də valideynlərin üzərinə düşür.
Qeyd olunub ki, muxtar respublikada 2012-ci ilin “Milli dəyərlər ili” elan edilməsi ailələrimizin möhkəmləndirilməsində, ailə dəyərlərinin, ailədə milli dəyərlərin qorunub saxlanılmasında yeni mərhələnin yaranmasına səbəb olub, yeni nəslin düzgün istiqamətləndirilməsinə böyük imkanlar yaradıb. Hər kəs çalışmalıdır ki, bu imkanlardan düzgün istifadə etsin, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsin.
...Sonda mövzu ilə bağlı slayd nümayiş etdirilib, broşurlar paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN YARADILMASININ 20-Cİ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Nazirlik əməkdaşları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət etmiş, Heydər Əliyev muzeyində olmuşlar.
...Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik naziri, general – mayor Vəli Ələsgərov çıxış edərək şəxsi heyəti nazirliyin yaradılmasının 20-ci ildönümü münasibəti ilə təbrik etmiş, onlara ölkəmizin maraqlarının və təhlükəsizliyinin qorunması naminə xidmətdə uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, Milli Təhlükəsizlik nazirliyi və onun şəxsi heyəti də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qayğısı ilə əhatə olunmuş, nazirlik və onun struktur bölmələri üçün müasir iş şəraiti yaradılmışdır.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, nazirliyin şəxsi heyəti muxtar respublikada əməliyyat şəraitinin bundan sonra da tam nəzarətdə saxlayacaq, dövlətçiliyimizin və milli maraqlarımızın qorunması, milli maraqlarımızın, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək, hər an Ali Baş Komandanın və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bütün əmrlərini dönmədən, ləyaqətlə yerinə yetirməyə hazır olacaqdır.
Tədbirdə nazirliyin şəxsi heyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbova müraciət qəbul olunmuşdur.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Yol təkcə mədəniyyət deyil
- Ədliyyə Nazirliyi ATƏT – in Bakı Ofisi ilə birlikdə seminar keçirib
- Sülh hər bir cəmiyyətin ən çox arzu etdiyi bəşəri dəyərdir
XS
SM
MD
LG