Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Nigara hökm oxundu: 2 il 6 aylıq həbs


Nigar Yaqublu
Nigar Yaqublu
-
Dekabrın 19-da Abşeron rayon Məhkəməsində keçirilən prosesdə Müsavat üzvü Nigar Yaqubluya hökm oxunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmündən sonra N.Yaqublu Bakı istintaq təcridxanasına göndərilib.

Vəkil Elton Quliyev AzadlıqRadiosuna hökmdən narazı qaldıqlarını deyir:

«Biz məhkəmənin Nigar Yaqublu barəsində ədalətli, qərəzsiz və müstəqil olmadığını ilk gündən demişik və yenə də bu sözümüzün üstündəyik».

Hökm qüvvəyə minənə qədər müsavatçı xanım indiyə qədər saxlandığı Bakı İstintaq Təcridxanasında qalacaq.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər müəssisənin yerləşdiyi əraziyə yaxın yerdə işə düzələ, 12 saat müddətinə müəssisənin ərazisini tərk edə bilərlər.

Dekabrın 17-də prokuror N.Yaqublunun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.

N.Yaqublu sentyabrın 11-də müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə tutulub. Qəza avqustun 25-də Bakıda baş verib.

Həmin vaxt A.Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq qəzanın N.Yaqublunun təqsiri üzündən baş verdiyi qənaətinə gəlib.
XS
SM
MD
LG