Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:46

41 futbolçu “danışılmış oyunlar”ın qurbanı oldu


Arxiv foto.
Arxiv foto.
-


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası – FİFA Koreya Respublikasından 41 futbolçunun karyerasına birdəfəlik son qoyub.

2011-ci ildən bəri apardığı araşdırmalardan sonra FİFA bu futbolçuların ölkədaxili çempionatlarda “danışılmış oyunlar”da iştirak etdiklərini təsdiqləyib və onları ömürlərinin sonuna qədər futboldan kənarlaşdırmaq qərarına gəlib.

FİFA-nın İntizam Komissiyasının bu sanksiyası bütün dünyada keçərlidir.

Bundan başqa, 21 futbolçu könüllü şəkildə belə qanunsuz əməldə iştirakını etiraf etdiyinə görə nisbətən yüngül şəkildə cəzalandırılıb. Həmin 21 nəfər 2 ildən 5 ilə qədər sınaq müddətindən sonra böyük futbola qayıda bilərlər. Onlar həmçinin 200 saatdan 500 saata qədər müddətə futbolla bağlı ictimai işlərə cəlb edilməklə cəzalandırılıblar.
XS
SM
MD
LG