Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:38

Ramiz Rövşənin də üzv olduğu Münsiflər Heyəti hansı yazarları seçdi?


Ramiz Rövşən
Ramiz Rövşən
-

Yanvarın 11-də Bakı Slavyan Universitetində Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsinin Komissiya Heyətinin növbəti iclası keçirilib.

Yazıçı Kamal Abdullanın rəhbərliyi ilə keçirilən iclasda ilk öncə Müsabiqəyə təqdim olunan əsərlər arasından növbəti mərhələyə keçid üçün qiymətlənləndirmə prinsipləri müzakirə edilib.

Daha sonra ötən ilin sonuna qədər təqdim olunmuş 67 əsər arasından növbəti ikinci mərhələ üçün keçəcək əsərlər açıq səsvermə yolu ilə müəyyənləşdirilib.

İki saatdan artıq sürən müzakirə və səsvermədə Kamal Abdulla (Münsiflər Heyətinin sədri), Ramiz Rövşən, Azər Mustafazadə, Əjdər Ol, Salam Sarvan, Səlim Babullaoğlu, Bəstii Əlibəyli və Fərid Hüseyn (komissiyanın məsul katibi) iştirak ediblər. İkinci mərhələyə keçmiş əsərlər:

Nəsr

Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatına namizədlər:

Etimad Başkeçid (“Min yol mənə söylər”)
Alpay Azər (“Şax yeriyənlər”)
Azad Qaradərəli (“Burda Yer fırlanmırdı”)
Zakir Sadatlı (“Əfqanıstan uçurumu”)
Əsəd Qaraqaplan (“Savaş roMAN”)
Varis Yolçiyev (“Yetmiş yeddinci gün”)
Sahilə (“Yuxarı və aşağı ətraflar”)

Poeziya

Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatına namizədlər:

Vaqif Bəhmənli (“Hamı”)
Aqşin Yenisey (“Yüz qirx yeddi dənə sən”)
Mahir Qarayev (“ Poetik silsilələr toplusu)
Əli Şirin Şükürlü (“Xoşbəxtlik ehtimalı”)
İbrahimxəlil (“Durna diasporu”)
Xanəmir (“Qəvi qövmün qalı”)
İnqilab İshaq (“Canım sənə desin”)
Narıngül (“Qadın da ağac kimdir”)
Ayişə (“Qaf dağı Anka”)
Feyziyyə (“Mesaj”)
Nurafiz (“Sözün dörd havası”)
Şəhriyar Hacızadə (“Özünü payızdan asan qadın”)
Elvin Bakiroğlu (“Nə sussan, mənə xoşdur”)

Tənqid və essesitika

Ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatına namizədlər:

Rüstəm Kamal (“Sözü işığa danışdım”)
Tehran Əlişanoğlu (“Tənqid.net. N 7-8”)
Gülşən Əliyeva-Kəngərli (“Bədii düşüncə”)
Əsəd Cahangir (“Kim yatmış, kim oyaq”)
Qan Turalı (“Polis qorxusuyla öpüşmək”)
Elnarə Akimova (“Yeni təfəkkür və ədəbi tənqid”)
Salida Şaripova (“Janrovoe smeşenie v romane”)

Tərcümə

Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatına namizədlər:

Vilayət Hacıyev (F.Kafka, “Məhkəmə”, roman)
Ələkbər Salahzadə (M. Selimoviç, “Dərviş və ölüm”, roman)
Mehriban Rzayeva ( M. Əl-Arus-əl Mətvi, “Acı tut”, roman və hekayələr)
İlqar Əlfioğlu (T. Morrison, “Seçilmiş əsərləri”)
Mixail Sinelnikov (Sin Tyurkskaya: Azerbaydjan Severniy i Yujniy v stihah ruskkih poetov)

Publisistika

Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov mükafatına namizədlər:

Vilayət Quliyev (“İz naslediya politiçeskoy emiqrasii Azerbaydjana v Polshe”, rusca)
İmdat Avşar (“Evliya Çələbinin izində Azərbaycan”, türkcə)
Adıgözəl Məmmədov (“Osmanlının çöküşünə Rusiyadan baxış”)
XS
SM
MD
LG