Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

Dövlət Duması Posnerin qazancı ilə maraqlanır


Foto arxiv
Foto arxiv

Rusiyanın Dövlət Duması parlamentin təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsindən 1-ci televiziya kanalının aparıcısı Vladimir Posnerin qazancının müəyənləşdirilməsini xahiş edib.

Posnerin Rusiya, ABŞ və Fransa vətəndaşlığı var.

Komitə müraciət əsasında xarici vətəndaşlığı olan jurnalistlərin yerli jurnalistlərdən çox qazanıb-qazanmadıqlarını da ayırd etməlidir.

Müraciətin müəllifi “Vahid Rusiya” fraksiyasının üzvü Mikhail Starshinovdur.

Pozner verilişlərindən birində Dövlət Dumasını “Qosdura” adlandırıb.
Dövlət Duması isə yaxın vaxtlarda Rusiya və onun dövlət orqanlarına ayrı-seçkilik bəsləyən xarici vətəndaşlığı olan jurnalistlərin federal televiziya kanallarında işləməsini qadağan edən qanun layihəsi hazırlayacağını vəd edib.

Bunu Dumadan 4 deputat xahiş edib.
XS
SM
MD
LG