Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:54

Rüstəm İbrahimbəyov: «Rasim sındırılmasına tab gətirməyəcək»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
«Bunu çox həyacanla qarşılamışam. Çünki səhər Rasim bir bəyanat vermişdi ki, iqtidar ziyalıları sındırmaq istəyir, təzyiq göstərir. Axşam, bu bəyanatdan 12 saatdan sonra tamam başqa bəyanat verdi".

Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, yazıçı Rüstəm İbrahimbəyov tanınmış aktyor Rasim Balayevin qurumdan bəyanatla istefa verməsinə münasibət bildirərkən deyib.

"Rasim çox təmiz, saf adamdır. Deməli buna 12 saat nə dərəcədə təzyiq olunub ki, bu belə bəyanatla çıxış etməyə məcbur olub. Saat 6-da işdən gedəndə mən onu görməmişəm, ancaq işçilərimiz deyir həmin Rasim idi, dəyişiklik yox idi. Deməli 6-dan 10-a qədər buna nə qədər təzyiq olub».

R.İbrahimbəyov R.Balayevin verdiyi bəyanatın yalnız bir hissəsini onun özünün yazdığını, digər hissəsində isə YAP terminologiyasından istifadə olunduğunu da qeyd etdi: «Bəyanat iki hissəyə bölünüb. Bir hissəsi Rasimin əli ilə yazılıb, bir hissəsinə də tamamilə YAP terminologiyası əlavə olunub. Məlumatı Azərtac yayıbsa, bunun hardan gəldiyi məlumdur. Rasimi buna məcbur ediblər. Onun xətrini çox istəyirəm, mənim üçün bu çox ağırdır. Rasimi tanıyıram, ürəyinə salacaq, bu da çox ağır nəticələr verəcək. O da bunu həyacanla qarşılayacaq. O elə adamdır ki, sındırılmasına davam gətirməyəcək. Ona görə çox həyanlanıram».

R.İbrahimbəyov R.Balayevin belə getməsindən təəssüləndiyini də gizlətmədi: «Hər adamın mövqeyi var, özü seçir, bu seçimin də məsuliyyətini özü çəkir. əvvəldən desəydi ki, yorulmuşam, getmək istəyirəm, heç vaxt etiraz etməzdim. Deyərdim Rasim, get, yaradıcı adamsan, belə təzyiqlərə davam edə bilmirsən, mən səni yaxşı başa düşürəm. Gündə gəlib yoxlama aparırlar, istintaq gedir, bu adam belə şeylərə öyrəşməyib. Ona görə onu başa düşürəm. Ona necə möhkəm təzyiqlər olub ki, o səhər bir mövqedən çıxış edir, axşam isə əks mövqedən. Biz çoxdan yaxın adam idik, birgə işləmişik, bir ittifaqda çalışmışıq. Təəssüflər olsun ki, nəticəsi belə oldu».

R.İbrahimbəyov özünə qarşı da təzyiq dalğasının başladığını və bununla bağlı iqtidarda qərar qəbul edildiyini də qeyd etdi: «Mənə qarşı çoxdan təzyiqlər başlayıb. Yanvarın 14-də yığışıb qərar çıxarıblar ki, şəxsən məni və ziyalıları ciddi şəkildə vurmaq lazımdır. Sabahı gün yoxlamalara başladılar, Rasimin üstünə cumdular. Cinayət işi açıblar».

«Bu yolu axıra qədər gedəcəm»

R.İbrahimbəyov təzyiqlərin onu çəkindirməyəcəyini və sona qədər tutduğu yolla
Rasim Balayev
Rasim Balayev
edəcəyini də vurğuladı: «Mən aktyor deyiləm axı, yazıçıyam. Çox şeylərdə böyük təcrübəm var. Bu hərəkətə qoşulanda bir məqsədim var idi. Konstitusiyada bənd var ki, Azərbaycanda hakimiyyəti xalq idarə etməlidir. Bunu həyata keçirmək üçün canımı da qoyacam. Açıq, şəffaf seçki keçirilməli və xalq öz fikrini deməlidir. Kimi istəyir, onu da seçsin. Ziyalılar Forumunu yaradanda demişdim məqsədimiz odur ki, Azərbaycanda vətəndaş cəmiyyətini yaradaq, bərpa edək və ictimai rəy hakimiyyət tərəfindən hörmətlə qəbul olunsun. Mənə elə gəlir ki, məqsədimizə çatmışıq. Daha cəmiyyət iki il bundan əvvəlki cəmiyyət deyil. Camaat sözünü deməyə başlayır. Qorxu yavaş-yavaş yatır. Amma hərdənbir kiminsə hövsələsi ya iradəsi çatmayacaq, Rasim kimi məcbur olacaq sınsın. Amma bu o demək deyil ki, hamı özünü belə aparacaq. Məndə özümü taıyıramsa, bu yolu axıra qədər gedəcəm».

azadlıq.az
XS
SM
MD
LG