Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:42

K. Heydərov: «Balakəndə mayadək 1500-ə qədər ev tikiləcək»


Kamaləddin Heydərov
Kamaləddin Heydərov
-
«Zəlzələ baş verən ərazidə tikinti işləri davam etdirilir, 37 məktəbdən 22-si mənim iştirakımla açılıb. Bundan başqa, bizim nümayəndələrin və yerli icra orqanı təmsilçilərinin iştirakı ilə də məktəblərin təhvil verilməsi mərasimləri keçirilir».

APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Evlərin tikintisinin də davam etdirildiyini bildirən nazir Gürcüstanda baş verən zəlzələ nəticəsində Balakən ərazisinə daha çox ziyan dəydiyini qeyd edib: “İlk zəlzələ nəticəsində Zaqatala və Qaxa daha çox ziyan dəymişdisə, Gürcüstanda baş verən zəlzələ Balakənə daha çox ziyan vurub. Balakən ərazisində komissiya işini davam etdirir. Yeni tikiləcək təxminən qədər 1500-ə qədər ev qış olduğuna görə may ayına qədər təhvil veriləcək”.
K. Heydərov onu da bildirib ki, zəlzələ bölgəsində yeni tikilən məktəb və evlərin açarlarını təhvil verməklə iş bitmir:

«Biz zəlzələdən zərər çəkmiş sakinlərlə görüşürük, yerli icra hakimiyyəti ilə birgə onların qış aylarında hansı problemlərinin olması ilə maraqlanırıq. Onların problemləri ilə məşğul olmaq bizim borcumuzdu».
XS
SM
MD
LG