Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:48

"Binə" etirazlarındakı həbslər haqda ziddiyyətli məlumatlar


"Binə" Ticarət Mərkəzində qarşıdurma - (Geniş video)
Gözlə

No media source currently available

0:00 0:07:42 0:00

"Binə" Ticarət Mərkəzində qarşıdurma - (Geniş video)

-
Yanvarın 19-da Binə mərkəzinidə ticarər edən şəxslər etiraz aksiyası keçirdilər. Aksiyanı dağıdan polis həbslər apardı. Ehtiraslar səngiyəndən sonra hadisələrin miqyasını müəyyənləşidrməyə çalışdlq. Lakin məlum oldu ki, bunu həyata keçirmək elə də asan deyil.

Aksiyada saxlananların yaxınları da bu barədə danışmaq istəmirlər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Azadlıq Radiosuna bildirib ki, hazırda istintaq aparılır:
«Biz işlərlə bağlı mütəmadi olaraq məlumat veririk, bu cinayət işi ilə bağlı da açıqlama veriləcək».
Aksiyada saxlananlar barəsində Bakı şəhər Prokurorluğunda xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.
Aksiyada 100 nəfərin saxlandığı bildirilir. Onlardan 80-i Qaradağ rayon Polis İdarəsində, 15 nəfərinin isə 10-cu polis bölməsində saxlandığı deyilir. 10-cu polis bölməsindən AzadlıqRadiosuna 15 nəfərin saxlandığı təsdiqləyiblər. Amma Qaradağ rayon Polis İdarəsindən sayla bağlı konkret məlumat verilmir.
Saxlananların yaxınlarına da saxlananların vəziyyəti və sayı barədə məlumat verilməyib. Onlara gətirilən yeməklər də qəbul edilməyib. Bunu vəkil Xalid Bağırov bildirib. O, hadisədən sonra saxlananlara hüquqi yardım göstərmək üçün polis İdarəsinə getmişdi:
«Saxlananların yaxınları bizim xidmətdən istifadə etmək istəmədilər».
Adının çəkilməsini istəməyən satıcı AzadlıqRadiosuna bildirib ki, bu gün «20 Yanvar»a görə işləmirlər:
«Amma dünəndən elə bizə deyildi ki, yer pulları ilə bağlı geri çəkilmə olmayacaq».
Yanvarın 19-da Qaradağ rayonu ərazisində "Binə" ticarət mərkəzində qiymətlərin qaldırılmasına etiraz edən satıcılar Bakı-Astara yolunu bağlamağa cəhd ediblər. Onların qarşısını kəsən polislə satıcılar arasında qarşıdurma olub. 10 nəfər polis əməkdaşına xəsarət alıb, bir neçə xidməti avtomobilə ziyan dəyib.

Əgər saxlanılanlar barədə hər hansı məlumatınız varsa bizə yazın.

XS
SM
MD
LG