Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Tarixi və mədəniyyət abidələrinin pasportlaşdırılmasına başlanıb


Qobustan qayaüstü rəsimləri
Qobustan qayaüstü rəsimləri
-

Mədəniyyət və Turizm Nazirinin müvafiq tapşırığına əsasən ölkədə mövcud olan tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılıb.

Xəbəri Mədəniyyət və turizm Nazirliyinin saytı yayıb.

Bu məqsədlə «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən beynəlxalq standartlara cavab verən yeni pasport nümunələri hazırlanıb.

İlkin mərhələdə 234 tarix və mədəniyyət abidəsinin pasportlaşdırılması nəzərdə tutulub.

Ölkədə mövcud olan tarix və mədəniyyət abidələrinin ilk dəfə kütləvi şəkildə pasportlaşdırılması işi 1970-1980-ci illərdə aparılıb.

Bu müddət ərzində 1000-dən artıq abidənin sənədləşdirilməsi həyata keçirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət siyahısında dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə qruplaşdırılan 6308 tarix və mədəniyyət abidəsi yer alır.

Bundan əlavə təxminən 2000-ə yaxın yeni aşkar olunmuş abidə vardır ki, hazırda onların siyahılarının dəqiqləşdirilməsi aparılır.
XS
SM
MD
LG