Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:48

«AŞPA qətnamələrinin qəbulu vacibdir»


AŞPA
AŞPA
-

«Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda pisləşən insan haqlarının durumunu yaxşılaşdırmaq üçün güclü çağırış etməlidir». Bu bəyanatı ARTİCLE 19-un koordinasiya etdiyi Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (İPGA-İnternational Partnership Group), eləcə də Amnesty International, bir neçə Azərbaycan QHT-si və digər beynəlxalq qurumlar yayıb.

Bəyanatda deyilir ki, yanvarın 23-də AŞPA-nın qış sessiyasında Azərbaycana dair iki mühüm qətnamə səsə qoyulacaq və AŞPA üçün insan haqları prinsiplərinə sadiqliyini göstərmək imkanı yaranacaq.

Birinci hesabatı Azərbaycan üzrə həmməruzəçilər Joseph Debono GrechPedro Agramunt hazırlayıb. Həmməruzəçilər ölkədə hüququn aliliyi və insan haqlarına hörmət sarıdan narahatlıq bildiriblər.

Məruzəçi Christoph Strässer-in hazırladığı ikinci qətnamə isə 80-dən çox siyasi məhbusu əhatələyib.

«Biz inanırıq ki, bu qətnamələr Azərbaycanın öhdəliklərini yerinə yetirməsi yönündə mühüm addımdır. Bu, eləcə də AŞPA-nın nüfuzu üçün vacibdir», İPGA və daha bir neçə beynəlxalq qurumun yaydığı bəyanatda belə deyilir.

Qurumlar Azərbaycanda jurnalistlərin, bloqqerlərin, hüquq müdafiəçilərinin həbsinə, jurnalistlərə hücumlara, sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına, işgəncələrə son qoyulmasına çağırır. Bunların yerinə yetirilməsi üçün AŞPA-nın qətnamələrinin qəbulunun vacibliyi vurğulanır. Bundan əlavə Azərbaycanı diffamasiyanı dekriminallaşdırmağa çağırırlar.
XS
SM
MD
LG