Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:57

Zaqatalanın Əliabad qəsəbəsində etiraz aksiyası keçirilib


Zaqatalada zəlzələdən dağılmış ev (Arxiv foto)
Zaqatalada zəlzələdən dağılmış ev (Arxiv foto)
-
Fevralın 1-də Zaqatalanın Əliabad qəsəbəsində sakinlər etiraz aksiyası keçirib. Onlar zəlzələdən zərər çəkmiş evlərinin bərpasını, ya da yenidən tikilməsini tələb ediblər.
Etirazçılar qəsəbə içərisindəki əsas yolu bağlayıblar.

Bu haqda AzadlıqRadiosuna Zaqatala sakini Taleh Soltanov məlumat verib.
Taleh Soltanovun sözlərinə görə, təkcə Əliabad deyil, digər kəndlərin də sakinləri narazıdır:

«Kimin ki evinin bərpası ilə bağlı gücləndirici bərpa yazılıb, indi həmin evlərə pul paylamağa başlanılıb. Bu məbləğ kvadratmetrdən asılı olaraq 3-5 min arasındadır. Camaat əvvəl bu pulu alırdı. Ancaq indi görürlər ki, bu pul heç nəyə çatmır. Ona görə bu puldan imtina edirlər. Onlar evlərinin ya təmir edilməsini, ya da tikilməsini tələb edirlər. Əliabad kəndində də camaat etirazını bildirir».
Zaqatala rayon icra hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov isə AzadlıqRadiosuna bildirdi ki, Əliabad kəndində etiraz edənlər qəsəbə sakinləri yox, ərazidə fəaliyyət göstərən tikinti şirkətinin fəhlələri olub. Onlar maaşlarının verilməməsinə etiraz ediblər:

«Bu proses həll olunur, günü bu gün onlar əmək haqlarını alacaqlar».
İcra başçısının müavini narazı sakinlərlə bağlı deyib ki, indiyə qədər Zaqatalada 2650 ev tikilib istifadəyə verilib. 830 ev də tikiləcək:

«Keçən ilin oktyabrın 14-də baş verən zəlzələdən sonra elə evlər var ki, çatlar böyüyüb, təhlükəlilik artıb. O evlərə baxış keçirilməlidir. Bundan sonra onların bərpa olunması, yoxsa tikilməsi haqda qərar verilməlidir. Bu sahədə müəyyən anlaşılmazlıq vardı. Hazırda bununla bağlı Fövqəladə Hallar Nazirliyinin 5 komissiyası işləyir».
XS
SM
MD
LG