Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:44

Avtoritar liderlər sosial mediaya qucaq açır


Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın öz Tewitter hesabında paylaşdığı idman məşqi fotosu, 18 noyabr 2012
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın öz Tewitter hesabında paylaşdığı idman məşqi fotosu, 18 noyabr 2012
-

Azadlıq Radiosunun Mərkəzi Xəbər Xidmətinin hazırladığı material əsasında

Ayətulla Xamneyi

Iranın ali dini lideri Twitter-də çox fəaldır.

Bu yaxınlarda isə o, Facebook-da da görünüb.

Dərhal da suallar yaranıb ki, necə olur, İranda Facebook qadağandır, amma Xamneyi orda səhifə yaradır.

Hətta Facebook-un blok edilməsinə son qoyulması üçün İran hökumətinə çağırışlar da edildi.

Amma İranın Kiberməkan üzrə Ali Şurasının sədri Mehdi Akhavan Behabadi bildirdi ki, səhifəni əslində ali dini lider yox, onun fanatları yaradıblar, özünün xəbəri olmadan.

Hərçənd buna şübhə edənlər də var, onlar Xamneyinin Facebook səhifəsinin birinci elə onun rəsmi Twitter hesabında reklam olunduğunu deyiblər.

Xamneyinin Facebook səhifəsinə elə şəkillər yerləşdirilib ki, onların yalnız ailə albomundan götürüldüyünü güman etmək olar.

İran rəsmiləri Facebook-a “sionist vasitə” desələr də, belə görünür ki, onlar səssiz şəkildə sosial mediaya qucaq açırlar.

Yəqin həm də ona görə ki, Facebook İranda qadağan edilsə də, milyonlarla iranlı proxy serverlər və anti-filtr proqramları ilə orada özlərinə səhifə yaradıblar.

Ramzan Kadırov

Xamneyinin Facebook səhifəsi, 12 dekabr 2012
Xamneyinin Facebook səhifəsi, 12 dekabr 2012
Çeçen lideri Ramzan Kadırov Twitter-dəki hesabında cəmi 140 işarə ilə həm rus mətbuatını tərifləyib, həm babasının vəfatından üzüldüyünü bildirib, həm Twitter istifadəçisini övladının dünyaya gəlməsi münasibətilə təbrik edib, həm də bir neçə nəfəri “topa tutub”, o cümlədən Rusiyanın yeni müdafiə naziri Sergey Şoyqunu.

Amma ən maraqlısı bəlkə də bu twit-dir:

“Qroznı gecələri elə gözəldir ki. Nağıllardakı kimi. Kafedə oturdum. Şişits və qalnişə qonaq etdilər. Ətirli kalmık çayı içdim, südlə. Hamıya məsləhət görürəm. 12 dekabr 2012”

Gülnarə Kərimova

Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova Twitter-dəki hesabında aktiv şəkildə fotolarını paylaşır. Xüsusən də özünün iştirak etdiyi ictimai tədbirlərlə bağlı.

Özbəkistan prezidenti İslam Kərimov beynəlxalq mediayla nadir hallarda konrakta girir.

Buna görə də onun qızının sosial şəbəkədə peyda olması tezliklə Kərimovun tənqidçilərinin də diqqətini çəkdi.

Beləcə, Gülnarə Kərimova həmin şəxslərdən bəziləri ilə açıq mübahisəyə də girişdi, o cümlədən Beynəlxalq Böhran Qrupunun kommunikasiya üzrə direktoru Andrew Stroehlein-la.

Onun twit-lərindən biri: “@astroehlein Əgər siz məndən elə indi və elə burdaca hansısa bir bəyanat eşitməyi istəyirsizsə, düşünürəm ki, bu məni yalnız axmaq populist kimi səciyyələndirərdi”.

Ilham Əliyevin Facebook səhifəsi
Ilham Əliyevin Facebook səhifəsi
Bir çoxları düşünür ki, Gülnarə Kərimova bu mübahisələrə meyl etməklə özünü Qərblə daha sərbəst davranan şəxs kimi göstərir və prezident postunda atasını əvəzləmək perspektivinə bununla rəğbətli münasibət qazanmağa çalışır.

Ilham Əliyev

Çox vaxt siyasətçilərin Facebook səhifələri onların rəsmi saytlarının əlavəsinə bənzəyir. Azərbaycan prezidenti İlham Əliyevin Facebook səhifəsində daha çox onun müxtəlif açılış mərasimlərindəki şəkilləri yer alıb. Bu şəkillərdə çox vaxt onu zövqlə geyinən xanımı Mehriban Əliyeva müşayiət edir.

Prezident atasına ehtiramı göstərən şəkillər də paylaşıb.

Amma Əliyevin Twitter hesabı tamamilə fərqlidir. Hər gün, yaxud həftədə bir neçə dəfə twit atan bir çox liderlərdən fərqli olaraq o, müəyyən qədər ara verməklə, necə deyərlər, qeyri-diplomatik twit-lər yayır. Xüsusən də “düşmən” adlandırdığı erməni lobbisi haqda.

Ugo Chavez

Venesuela prezidenti Hugo Chavez dünyada Twitter-də ən çox izləyicisi (4 milyona yaxın) olan ikinci liderdir.

O üç ildir ki, Twitter-dədir. Hərçənd əvvəllər o, social mediaya şübhə ilə baxardı və vaxtilə bir sıra twit-ləri “dövlətçiliyə qarşı təxribat” adlandırmışdı.

Populist lider olan Chavez Twitter-i effektiv vasitəyə çevirməyi bacarıb və bəzən problemlərini ona yazan insanlara təcili kömək göstərilməsi üçün dərhal nazirlərə göstərişlər verir.
XS
SM
MD
LG