Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:29

Erməni idmançı: «Mübarizə aparmalıyıq»


İran idmançısı Ghasem Gholamreza Rezaei erməni güləşçisi Artur Aleksanyan ( 96 kq Yunan-roma güləşi) üzərində qələbə çalarkən. London 2012 Olimpiya Oyunları
İran idmançısı Ghasem Gholamreza Rezaei erməni güləşçisi Artur Aleksanyan ( 96 kq Yunan-roma güləşi) üzərində qələbə çalarkən. London 2012 Olimpiya Oyunları
-
«Mən hesab edirəm ki, biz güləşin olimpiya proqramından xaric edilməsindən sonra nə edəcəyimizi düşünməməliyik, əvəzində mübarizə aparmalı və Beynəlxalq Olimpiya Komitəsinə bunu etməyə imkan verməməliyik».
Yunan-roma güləşi üzrə dünya və Olimpiya çempionu, Ermənistan yığmasının baş məşqçisi Levon Culfalakyan belə hesab edir. Onun fikrincə, yalnız dövlət və şəxsiyyətlər səviyyəsində inadlı mübarizə güləşin olimpiya proqramından çıxarılmasının qarşısını ala bilər. Jurnalistlərlə görüşdə Levon öz təşəbbüsündən danışıb:
«Bu günlərdə bizim yığma İrana dünya kubok yarışlarına gedəcək. Yarışda 10 ciddi komanda iştirak edəcək, həmçinin tanınmış güləşçilər də olacaq. Məktub yazıb, özümüzün adından Beynəlxalq Olimpiya Komitəsinə göndərmək istəyirəm. Həmçinin etiraz aksiyası keçirməyi planlaşdırıram».
Güləşin olimpiya proqramından xaric edilməsinin daha bir səbəbi bu idmana tamaşaçı marağının azalmasıdır. Hərçənd Levon Culfalakyan hesab edir ki, bu tutarlı səbəb ola bilməz.
«London olimpiya oyunlarında da, digər olimpiadalarda da zallar dolu olub. Əksinə, bəzi idman növləri var ki, həmin oyunlar keçirilən zaman zallar yarıboş olub».
KORRUPSİYA?
Culfalakyan bir məsələdə razılaşır ki, təxminən 20 il əvvəl bu idman növü daha maraqlı olub, ancaq bu illər ərzində Beynəlxalq Güləş Federasiyası da qaydaları bir neçə dəfə dəyişib, və bu da öz neqativ təsirini buraxıb.
Foto: Arxiv
Foto: Arxiv
​«Əslində bu fakt güləşə ciddi təsir edib. Ancaq bu gün güləşin maraqsız olduğunu düşünmürəm. Beynəlxalq İdman güləşi federasiyasının prezidenti Rafael Martinetti gələnə qədər güləş daha maraqla qarşılanırdı, çünki döyüşlər düzgün keçirilirdi və güclü - qalib gəlirdi. Bu gün isə dəyişikliklər nəticəsində qanunlar elə qəbul edilir ki, arbitr vəziyyətdən müxtəlif məqsədlər üçün istifadə edə bilir».
Güləşin olimpiya proqramından çıxarılması ehtimallarından biri də bu sistemdəki korrupsiya ilə bağlıdır. Ermənistan idmançılarının korrupsiya halları ilə üzləşib-üzləşmədiyinə gəlincə, Levon Culfalakyan cavab verir:
«Mən korrupsiya haqda heç nə bilmirəm, çünki bizim komanda heç bir halda bu məsələlərdə iştirak etmir».
GÜLƏŞ QANUNLARI DƏYİŞİB
Ermənistan güləş federasiyasının hakim komissiyasının prezidenti, beynəlxalq dərəcəli hakim Samvel Harutyunyan sentyabr ayında güləşin olimpiya proqramından çıxarılması haqda qərarın qəbul ediləcəyinə inanmır. Ancaq o da tez-tez dəyişən qanunlara görə, güləşin tamaşaçılar üçün daha az maraq kəsb etdiyi fikri ilə razılaşır:
«Son 10 ildə qanunlar min dəfə dəyişib. Əvvəllər döyüşlər 9 dəqiqə davam edirdi, sonra 6 dəqiqə oldu, daha sonra 5, 4, 2. Oyunlar 5-6 dəqiqə davam edəndə idmançılar gözəl mübarizə aparırdılar, tamaşaçılardan gurultulu qopurdu, necə ki, futbolda qol vurulan zaman olur. Bu gün mütəmadi dəyişən qanunlara görə döyüşlər də maraqsızlaşıb».
Ermənistanın idman şərhçiləri federasiyasının prezidenti, Ermənistanın Milli Olimpiya komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya departamentinin rəhbəri Yuri Aleksanyan güləşin Olimpiya oyunları siyahısından çıxarılması ilə bağlı sadalanan səbəblərin heç birini məntiqli hesab etmir:
2012-ci il Olimpiya oyunlarının loqosu
2012-ci il Olimpiya oyunlarının loqosu
«Elə bil hansısa oyun oynanılır – bilmirsən korrupsiyanı aradan qaldırmaq ya onu yaymaq istəyirlər? Bəlkə bu Beynəlxalq Olimpiya komitəsi ilə Beynəlxalq Güləş Federasiyası arasındakı münaqişənin nəticəsidir? Bəlkə doğurda da oyuna maraq azalıb?»
DİGƏR İDMAN NÖVLƏRİNİN İNKİŞAFI...
Yuri Aleksanyan əmindir ki, ən qədim olimpiya idman növlərindən olan güləşi belə asanlıqla siyahıdan çıxarmaq olmaz. Uzağı güləşin hansısa bir növünü kənarlaşdıra bilərlər. Əgər hər iki növü də kənarlaşdırılsa əhalinin bu idman növünə marağı kəskin şəkildə azalacaq, əvəzində digər idman növləri inkişaf edəcək:
«Əgər güləş olimpiya idman növü olmasa, bu, Ermənistanın Olimpiadaya daha az idmançı göndərəcəyi demək deyil. Bizim gimnastika üzrə olimpiya çempionumuz olanda, Ermənistanda bir nəfər də olsun ağır atletika və güləş üzrə çempionu yox idi. Məsələn ikiqat olimpiya çempionu Hrant Şainyan, və ya 1956, 1960-cı illər olimpiya çempionu Albert Azaryan, daha sonra onun oğlu qalib oldu – Edik Azaryan. Sovet vaxtı Ermənistanı güləş üzrə cəmi bir dəfə Nazar Aqbalyan təmsil edib, o da 1968-ci ildə. Həmin illərdə bizim stolüstü tennis üzrə çempionlarımız var idi».
XS
SM
MD
LG