Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:57

Əsgər Nicat Hüseynov nakam sevgidən intihar etdi, yoxsa öldürüldü?


Meyiti 4 gün sonra tapılan əsgərin ailəsi onun intihar etməsinə inanmır
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Meyiti 4 gün sonra tapılan əsgərin ailəsi onun intihar etməsinə inanmır

-


Fevralın 11-də daha bir əsgər ailəsinə qara xəbər çatıb. Valideynlərə Gəncə şəhərindən 5 ay əvvəl hərbi xidmətə çağırılmış əkiz oğullarından biri - Nicat Hüseynovun hərbi hissədən yoxa çıxması xəbəri verilib. 3 günlük axtarışdan sonra 1994-cü il təvəllüdlü Nicat Hüseynovun meyiti hərbi hissənin yaxınlığında olan süni göldən çıxarılıb. Nicatın qardaşı Murad Hüseynov da onunla bir hərbi hissədə qulluq edib.

Həmin hərbi hissənin komandirləri ailəsinə Nicatın özünü intihar etməsi xəbərini verib.

Fevralın 15-də dəfn edilən Nicatın anası Şəlalə Hüseynova oğlunun intihar etməsinə inanmadığını deyir. Düşünür ki, oğlunu öldürüb gölə atıblar. Ananın sözlərinə görə, oğlu bir neçə gün əvvəl zəng edib, hərbi hissədə incidildiyini deyib və üstəlik atasından komandirə vermək üçün pul da istəyibmiş:

«ORDA OĞLUMU İNCİDİRDİLƏR, MƏN ONDAN ŞÜBHƏLƏNİRƏM»

Şəlalə Hüseynova
Şəlalə Hüseynova
«Sağ-salamat uşağı 5 ayın içində gətirib atdılar üstümə. 5 ay içində demirlər də ki, buna nə olub. Heç bir xəstəliyi yox idi.

- Sizcə niyə belə oldu? Ehtimalınız nədir?

- Orda incidirdilər onu, mən ondan şübhələnirəm. Gecə saat 12-də mənimlə danışıb, dəli deyildi ki, gedə özünü suya ata. Uşağımdan pul istəyirdilər.

- Necə istəyirdilər?

- Bilmirəm necə, amma istəmişdilər».

Şəlalə Hüseynova deyir ki, onları şübhəyə salan bir çox məqam var. Nicatın atası Habil Hüseynov oğlunu hərbçilərlə birgə 3 gün süni göldə axtarıb. Nəticədə göldə heç bir meyit tapılmadığından evə qayıtmalı olub. Gəncədəki evinə çatan kimi ona xəbər veriblər ki, oğlunun meyiti tapılıb. Nicatın qohumları iddia edirlər ki, meyit 3 gün suda qalmış olsaydı şişməli idi. Ancaq demələrinə görə, meyitin üzərində suda qalmasına aid heç bir əlamət olmayıb.

«MƏNİM HEÇ AĞLIM KƏSMİR Kİ, BELƏ BIR UŞAQ ÖZÜNÜ ÖLDÜRƏ»

«Yoldaşıma heç nə deməyiblər. 3 gün yanında axtardılar tapmadılar. Ordan aralanıb gələn kimi zəng etdilər ki, tapmışıq gəl apar. Bu hərbi hissənin ərazisində niyə göl olmalıdır ki? Süni göldür, mənim uşağım üçün tələ qurmuşdular? Psixoloji problemi olmayıb, Naxçıvanskidə oxuyublar. Mənim heç ağlım kəsmir ki, belə bir uşaq özünü öldürə. Heç bir psixi problemi yox, dərdi yox. Elə intihar deyib, mənim başımın altına niyə yastıq qoyurlar?».

Nicatın yas mərasimi
Nicatın yas mərasimi
Valideynlərinin bildirməsinə görə, Nicatla birgə hərbi xidmətdə olan qardaşı Murad, onun yoxa çıxmasından cəmi 2 saat qabaq bir yerdə olduqlarını deyib. Nicat ona namaz qılmağa getdiyini bildirib və sonra nə qədər axtarıblarsa tapa bilməyiblər.
Nicatın müəmmalı ölüm səbəbinin tapılması üçün tibbi ekspertiza araşdırmaya başlayıb. Şəlalə Hüseynova deyir ki, oğlunun əsl ölüm səbəbi tapılmayınca acısı keçməyəcək.

Şəlalə Hüseynova qeyd edir ki, oğlunun yazdığı iddia edilən məktubda, heç kimin günahkar görülməməsini və ata-anasından özünü intihar etdiyinə görə, bağışlanmasını diləyib. Ananın deməsinə görə, məktubda sevdiyi qız barədə 1 cümlə belə yazılmayıb.

MÜDAFİƏ NAZİRLİYİ NƏ CAVAB VERİR?

Müdafiə Nazirliyi Nicat Hüseynovun hərbi hissədə pula görə incidilərək öldürülməsi barədə məlumatları təkzib edir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev AzadlıqRadiosuna deyib ki, əsgər fevralın 11-də özbaşına hərbi hissəni tərk edib və 14-də meyiti tapılıb.

«Ayın 11-də hərbi hissəni özbaşına tərk edib. Ayın 14-də isə meyiti tapılıb. Yəni, bu əsgərin ölümü hərbi hissəni tərk edəndən sonra olub. Onun hərbi hissədə incidilməsi və digər problemlər barədə deyilənlər düz deyil».
XS
SM
MD
LG