Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:41

İlqar Məmmədov həbsxanada alman dilini öyrənir


İlqar Məmmədov
İlqar Məmmədov
-
Həbsdə olan REAL hərəkatının lideri İlqar Məmmədov həbsxanada alman dilini öyrənməyə başlayıb.

Bunu AzadlıqRadiosuna hərəkatın icraçı katibi Natiq Cəfərli deyib:

«O, rus, ingilis, bir az fransız dilini bilir. Həbsxanaya düşəndən sonra alman dilini öyrənməyə başlayıb».

Natiq Cəfərli həbsdən sonra REAL liderinin bir qədər əsəb gərginliyi yaşadığını deyir:

«Bu da onun həbsinin siyasi sifarişli olması, indiyə qədər heç bir istintaq hərəkəti aparılmaması ilə bağlıdır. Qurama iş olduğundan heç bir istintaq hərəkəti apara bilmirlər. Bu da onu narahat edir, əsəbiləşdirir».

Fevralın 4-də İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.

Hüquq-mühafizə orqanları bildirir ki, İlqar Məmmədov və Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Hər ikisi ittihamları rədd edir.
XS
SM
MD
LG