Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:30

İmişlidə karxana tikintisinə etiraz


İmişlidə karxana tikintisinə etiraz
İmişlidə karxana tikintisinə etiraz
-
KARXANA TİKİLMİR...

«Araz çayının kənarında yerləşən otlaq sahəsində qum-çınqıl karxanası tikilmir. Ərazidə hər hansı qurğu qurulmayıb. Kəndlilər də əvvəlki kimi mal-qarasını həmin örüşdə otaracaq».

Bunu AzadlıqRadiosuna Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsinin müdiri Vüqar Məmmədov deyib.

Vüqar Məmmədov deyib ki, ərazidə qumun ələnməsi üçün ələk qurulacaqdı. «Onu quranlar da dedi ki, camaat istəmirsə, biz də istəmirik».

İMİŞLİDƏ KƏNDLİLƏR ETİRAZ EDİR

Martın 7-də İmişli rayonunun Araz küçəsinin 40-a yaxın sakini etiraz aksiyası keçirib. Onlar Araz çayının kənarında yerləşən otlaq sahəsində qum-çınqıl karxanasının tikilməsinə etiraz ediblər.

Aksiyaçılardan biri Qəhrəman Enişov AzadlıqRadiosuna deyib ki, onlar haqlarını tələb edirlər:

«Ərazi 50-60 hektarlıq otlaq sahəsidir. İki kənd - Şəmmədli və Qallar kəndlərinin sakinləri mal-qarasını burda otarırdı. İndi isə burda karxana salırlar, deyirlər buranı almışıq. Biz də haqqımızı tələb etmək üçün çıxmışıq. Biz kənd camaatıyıq. Dolanışığımız mal-qarala saxlamaqla çıxır. Hökumət işi yoxdur ki, gedib işləyək. Biz indi nə ilə dolanmalıyıq? Otlaq sahəmizi tələb edirik. Hər tərəfi qazıblar. «Qırmızı kitab»a düşən yolğun ağaclarını da qazıb töküblər».

Əraziyə rayon icra hakimiyyəti, polis şöbəsinin əməkdaşları gəlib.

Hələlik camaata karxananı kimin tikməsi haqda məlumat verilməyib.
XS
SM
MD
LG