Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:41

MDİ rəsmisi: «Eyhamlar tam yalandır»


Milli Demokratiya İnstitutunun loqosu
Milli Demokratiya İnstitutunun loqosu
-

Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Alex Grigorievs təşkilatın facebook sosial şəbəkəsi vasitəsilə inqilab planlaşdırılması layihəsinə 2 milyon dollar xərclədiyi barədə xəbərlərə elə həmin sosial şəbəkədə aydınlıq gətirib.

Direktor facebook-dakı hesabında yazıb ki, bir neçə gündür mediada təhrif olunmuş və yalana əsaslanan xəbərlər yayılıb:

«Milli Demokratiya İnstitutu Azərbaycanda keçmiş prezident Heydər Əliyevin dəvəti ilə 1995-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində təşkilat vətəndaş cəmiyyəti qurumlarına, gənc liderlərə yardım göstərməyə və digər vətəndaşların öz icmalarını yaxşılaşdırması üçün yerli hökumətlə dinc və konstruktiv əməkdaşlığını hədəf götürüb. MDİ tərəfsizdir, onun gerçəkləşdirdiyi proqramlar nə hökumətyönlü, nə də hökumət əleyhinə qüvvələrə dəstək məqsədi güdmür. Onun proqramları yol, işıq, kommunal xidmət, parklar və bu kimi yerli infrastrukturu yaxşılaşdırmaq üçün dialoqa köməklik edib, eləcə də dərs otaqları, kitab klubları, ətraf mühitə dair layihələrin həyata keçirilməsinə yardımçı olub. Milli Demokratiya İnstitutu Azərbaycan vətəndaşlarının öz seçki proseslərinin bütövlüyünü qorumaq cəhdlərini tərəfsiz yerli seçki monitorinqi vasitəsilə dəstəkləyir. İnstitut seçkilərin hər hansı nəticəsində maraqlı deyil».

Azərbaycan nümayəndəliyinin direktoru onu da bildirib ki, Milli Demokratiya İnstitutunun xərcləri və fəaliyyəti ilə bağlı Azərbaycan hökumətinə verdiyi hesabat tamamilə şəffafdır və yerli qanunvericiliyə uyğun fəaliyyət göstərir. Məlumatda daha sonra deyilir:

«Milli Demokratiya İnstitutunun başqa hər hansı fəaliyyətə cəlb olunması barədə eyhamlar tam yalandır».

MDİ rəsmisinin bu açıqlaması martın 10-da haqqin.az saytında yayılan məlumatla bağlıdır. Həmin məlumatda iddia edilirdi ki, MDİ-nin Azərbaycan nümayəndəliyinin direktoru Alex Grigorievs 3 il ərzində öz şəxsi hesabından 2 milyon dollar çəkərək, facebook-da aksiya çağırışlarına xərcləmək üçün istifadə edib.
XS
SM
MD
LG