Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:31

Avropa Məhkəməsi Əli İnsanovla bağlı qərarını açıqladı


Əli İnsanov
Əli İnsanov
-
Martın 14-də Avropa İnsan Haqları Məhkəməsi keçmiş Səhiyyə naziri Əli İnsanovun şikayəti üzrə qərarını açıqlayıb.

Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya ödəməlidir.

Avropa Məhkəməsi Ə.İnsanovun işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib.

Əli İnsanov 2005-ci ildə həbs edilib. O, dövlət vəsaitlərini mənimsəməkdə və qanunsuz özəlləşdirilmənin təşkilində ittiham olunub. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum olunub.
XS
SM
MD
LG