Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:36

Müəmmalı şəkildə ölən əsgər şair Aqşin Yeniseyin əmisi oğludur


Aqşin Yenisey
Aqşin Yenisey
-

"Qafqazinfo" xəbər verir ki, Sərhəd Qoşunlarında müəmmalı şəkildə ölən əsgər Elvin Miriyev gənc şair Aqşin Yeniseyin əmisi oğludur.

Sayta açıqlamasında Aqşin Yenisey deyib ki, Yevlax rayonunda sərhəd qoşunlarında iki aydır ki, hərbi xidmətdə olan əmisi oğlu Elvin Miriyevin başına küt alət vurmaqla qətlə yetiriblər: “Onun yalnız baş hissəsində ağır zərbənin izləri var. Artıq əsgərin cəsədi doğulduğu kəndə aparlıb. Mən öz tayfamızı tanıyıram, onu öldürən adamın aqibəti yaxşı olmayacaq, çıxsın üzə və gedib həbsxanada gizlənsin”.

Dövlət Sərhəd Xidmətinin saytında yerləşdirilmiş məlumatda isə deyilir ki, əsgər zəhərlənmədən ölüb: "O martın 16-da nahar yeməyindən sonra özünü narahat hiss etdiyi üçün hərbi hissənin tibb məntəqəsinə gətirilib. Müayinə zamanı əsgərin təzyiqinin kəskin surətdə düşməsi aşkar edilib. O, təcili olaraq Yevlax Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Həkimlərin ciddi səyinə baxmayaraq, Elvini xilas etmək mümkün olmayıb».

Xatırladaq ki, martın 10-da Bakıda orduda əsgər ölümlərinin əleyhinə aksiya keçirilib. A. Yenisey həmin aksiyanın əleyhinə çıxış etmişdi: “Gənclər guya əsgər ölümü ilə bağlı aksiya keçirirlər. Ancaq əsgər ölümü iki il, üç il bundan əvvəl də olurdu. Onda hardaydı bu gənclik? Niyə səslərini çıxarmırdılar? Niyə məhz seçki ərəfəsində əsgər ölümünü əllərində bayraq edirlər? Bir gənc əsgərin ölümünün üstündən siyasət yapmaq istəyirlər. Mən yaxşı bilirəm ki, bu gənclik hansı sosial qüvvələrin əlində oyuncaqdırlar. İplə oynadılan kuklalardırlar elə bil. Siyasətin kukla teatrıdır bu”.

Bu fikirlər ictimaiyyət və aksiya keçirənlər tərəfindən aqressiya ilə qarşılanmışdı. Buna görə Seymur Baycanla A. Yenisey bir-birlərini sərt şəkildə ittiham etmişdilər.
XS
SM
MD
LG