Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:32

Prezidentin qızı nazir müavinini korrupsiyada ittiham edir


Gulnara Karimova
Gulnara Karimova

Özbəkistan prezidenti İslam Karimovun böyük qızı Gulnara Karimova ölkənin maliyyə nazirinin müavini korrupsiyada ittiham edir. Gulara karimova özünün Twitter hesabında yazır ki, nazir müavini Rustam Azimov 4 milyard dollar sərvətə sahibdir və bu qədər pulu qanuni yollarla qazanmayıb.

Prezidentin qızı sosial şəbəkədəki hesabında başqa istifadəçilərin də nazir müavininə ittiham dolu mesajlarını yayıb. Həmin mesajlarda Rustam Azimov “pul yumağın ağıllı mexanizmini qurmuş saxtakar” adlandırılır.

Gulnara Karimova bundan əvvəl də sosial şəbəkədə Azimovu saxtakarlıqda ittiham etmişdi.

55 yaşlı Rustam Azimov 2008-ci ildən bu yana Özbəkistanın Maliyyə nazirinin müavinidir. Çoxları onun 75 yaşlı indiki president İslam Karimovun yerinə iddialı olduğunu deyir.

İslam Karimov 1990-cı ildən bu yana özbəkistana rəhbərlik edir. Onun qızı Gulnara isə keçmiş diplomatdır, ölkəsinin ən zəngin iş adamlarından biri hesab olunur. Özbəkistanda təhlilçilər əslində atasından sonra Gulnaranın özünü president postuna hazırladığını bildirirlər.
XS
SM
MD
LG