Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:42

Avropa Birliyinin səfiri İlqar Məmmədovla görüşüb


İlqar Məmmədov
İlqar Məmmədov
-
Aprelin 4-də Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Bakı İstintaq Təcridxanasında REAL Hərəkatının sədri İlqar Məmmədovla görüşüb. Görüş 1 saat yarım çəkib.
Səfir Kobia İlqar Məmmədovun sağlamlığı, saxlanma şəraiti ilə maraqlanıb.
Bu haqda AzadlıqRadiosuna REAL-ın icra katibi Natiq Cəfərli məlumat verib.
İlqar Məmmədov bu ilin fevralında həbs edilib. Əvvəlcə haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan bu müddət daha 2 ay uzadılıb.
O, Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.
Hüquq-mühafizə orqanları bildirir ki, İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib.
İlqar Məmmədov ittihamları rədd edir.
XS
SM
MD
LG