Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:28

Vəkil: Tale Bağırzadənin əlinin üç barmağı işləmir


Tale Bağırzadə
Tale Bağırzadə
-
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları həbsdə olan ilahiyyatçı Tale Bağırzadə ilə görüşüblər.

T.Bağırzadə BQXK əməkdaşlarına Sabunçu rayon Polis İdarəsində ona işgəncə verildiyini bildirib.

Bu haqda AzadlıqRadiosuna T.Bağırzadənin vəkili Cavad Cavadov məlumat verib.

C.Cavadov aprelin 6-da T.Bağırzadə ilə görüşüb. Vəkilin dediyinə görə, hazırda xəsarət izlərindən onun əlinin üç barmağı işləmir.

Aprelin 8-də T.Bağırzadənin bədən xəsarətləri ilə əlaqədar məhkəmə-tibb ekspertizası keçiriləcək.

T.Bağırzadə martın 31-də saxlanıb. Onun üstündən 1.026 qram heroin çıxdığı bildirilir. Aprelin 2-də Sabunçu rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunur.

T.Bağırzadə həbsindən bir həftə əvvəl Maştağa qəsəbəsindəki «Həzrət Əbülfəzl-Abbas» məscidində xütbə ilə çıxış edərək hakimiyyəti tənqid etmişdi.
XS
SM
MD
LG