Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:39

İran deputatları "Türkmənçay" müqaviləsinə yenidən baxılmasını istəyir


İran parlamenti
İran parlamenti
İran parlamentinin bir sıra üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılması və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər.

“Fars” xəbərlər agentliyinin məlumatına görə, Ərdəbildən olan deputat Kəmaləddin Pir-Moazzən deyib ki, parlamentin Azərbaycan dilli deputatları yaxın vaxtlarda müvafiq qanun layihəsi hazırlayacaqlar : “Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq İranın şimal regionlardan olan deputatların forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Biz çalışarıq ki, bütün imkanlardan istifadə edərək, öz hüquqlarımızı bərpa edək”- deyə o vurğulayıb.
XS
SM
MD
LG