Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:50

Margaret Thatcher: «Cənazəmin üzərindən qırıcıları uçurmayın»


Margaret Thatcher
Margaret Thatcher
-

Londonda elan edilib ki, Britaniyanın keçmiş baş naziri baronessa Thatcher üçün dövlət dəfni deyil, mərasim dəfni keçiriləcək.

Bununla belə, müqəddəs Pavel Məbədində baş tutacaq dəfn mərasimində xanım Thatcher-ə hərbi salamlama proseduru olacaq.

Dəfn mərasimi gələn həftə keçiriləcək.

BÖYÜK DÖVLƏTÇİ DÖVLƏT DƏFNİ İSTƏMƏDİ

Britaniya Parlamentindəki bir çox mühafizəkar millət vəkilləri Thatcher üçün dövlət dəfninin keçirilməsini istəyirdilər.

İndiyədək kral ailəsinə daxil olmayan iki nəfər üçün dövlət mərasimi keçirilib: Winston ChurchillNapaleon-u məğlub etmiş və iki dəfə baş nazir seçilmiş Wellington hersoqu feldmarşal Arthur Wellesley.

Lakin Thatcher-in yaxın dostu və sözçüsü lord Bell deyib ki, baronessa son vəsiyyətində cənazəsinin ictimaiyyətlə vida görüşü üçün qoyulmamasını rica edib:

«O vəsiyyətində yazdırıb ki, nə özü, nə də ailəsi dövlət dəfni istəyir».

Hindistanda Margaret Thatcher-in qumdan hazırlanmış heykəlinin qarşısına gül qoyurlar
Hindistanda Margaret Thatcher-in qumdan hazırlanmış heykəlinin qarşısına gül qoyurlar
Əvəzində xanım Thatcher dəfnində «Çelsi təqaüdçüləri» təşkilatının iştirakını istəyib.
Bu, müharibə veteranları üçün hələ 17-ci əsrdə yaradılmış xeyriyyə cəmiyyətidir.

Cəmiyyətin üzvləri qırmızı geyimləri ilə tanınırlar.

MƏNƏ GÜL-ÇİÇƏK GƏTİRMƏYİN

Margaret Thatcher vəsiyyətində onu da qeyd edib ki, heç kəs onun son görüşünə gül-çiçək gətirməsin, əvəzində buketlərə və əklillərə xərclənəcək pullar adı çəkilən xeyriyyəyə verilsin.

Dəfndən bir gün əvvəl Margaret Thatcher-in cənazəsi Uestminister Sarayındakı 13-cü əsrə aid müqəddəs Mary Undercroft kilsəsində qoyulacaq və gecəni orada qalacaq.
Ertəsi gün cənazə müqəddəs Clement Danes kilsəsinə aparılacaq.

Burada cənazə hərbi top qoşqusu üzərinə qoyulacaq və müqəddəs Pavel Məbədinə son səfərini edəcək.

Məbəddə keçmiş baş naziri kabinetinin üzvü olmuş siyasətçilər, habelə hazırkı hökumət kabineti və kölgə hökumətinin üzvləri salamlayacaqlar.

KREMASİYA

Bundan sonra cənub-şərqi Londondakı Mortfleykdə yalnız yaxın ailə çevrəsinin iştirak etdiyi kremasiya mərasimi (red: meyitin yandırılması) keçiriləcək.

Ledi Thatcher külünün Çelsidəki Kral xəstəxanasının qəbiristanlığında, əri lord
Margaret Thatcher və həyat yoldaşı Denis Thatcher
Margaret Thatcher və həyat yoldaşı Denis Thatcher
-in məzarı ilə yanaşı torpağa tapşırılmasını istəyib.

Britaniya mətbuatı yazır ki, bir çox veteran mühafizəkarlar keçmiş baş nazirin vəsiyyətindən məyus olublar.

Onlar dövlət dəfn mərasiminin keçiriləcəyinə ümid bəsləyirdilər.

Britaniyada dövlət dəfni barədə qərarı Parlament, rəsmi dəfn barədə qərarı isə monarx verir.

Winston Churchill hələlik dövlət dəfni ilə torpağa tapşırılmış son «adi vətəndaş»dır.

Onun 1965-ci il yanvarın 30-da keçirilən dəfn mərasimini televizorla 350 milyon insan izləmiş, dəfn mərasimində 110 dövlət başçısı iştirak etmişdi.
XS
SM
MD
LG