Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:38

Azərbaycanda insan haqları sahəsində vəziyyətin pis olaraq qaldığı bildirilir


U.S. - Department of State logo
U.S. - Department of State logo
ABŞ Dövlət Departamenti 2012-ci il insan haqlarının vəziyyətinə dair illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycana aid hissəsində ölkədə ifadə və sərbəst toplaşma azadlıqlarının problem olaraq qaldığı, jurnalistlər, insan haqları və demokratiya fəallarına qarşı təhdidlər, həbslər və zor tətbiq edilməsinin davam etdiyi bildirilir.

Hesabatda qeyd olunur ki, hökumət ötən il üç nümayişə icazə versə də, bu yerlər paytaxtın mərkəzindən xeyli aralı olub, siyasi etiraz aksiyaları üçün əksər ərizələr rədd edilib, icazəsiz aksiyalar zor gücü ilə dağıdılıb və bir çox hallarda etirazçılar həbs olunub.

Sənəddə qeyd edilir ki, qanunsuz həbslər, siyasi motivli məhkəmələr, polis məntəqələrində işgəncə və sərt davranışlar davam edir.

Bundan başqa ölkədə məcburi köçürmələr və binaların şübhəli əsaslarla sökülməsinə yol verilib, insanların şəxsi həyatına özbaşına müdaxilələr edilib , insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərin qeydiyyatına maneələr yaradılıb.

Hesabatda həmçinin insan haqlarını pozan məmurlara qarşı heç bir tədbir görülməməsi ,cəzasızlıq probleminin qaldığı bildirilir.
XS
SM
MD
LG