Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:27

İ. Əliyev: «İqtisadiyyatın şaxələndirilməsi bizim bir nömrəli məqsədimizdir»


İlham Əliyev
İlham Əliyev
«Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim bir nömrəli məqsədimizdir». AzərTac-ın məlumatına görə, bunu aprelin 24-də Bakı Biznes Mərkəzində keçirilən Azərbaycan-Latviya biznes forumunda prezident İlham Əliyev deyib.

İlham Əliyev ölkənin sürətli iqtisadi artıma nail olduğunu, bunun əsasən nəhəng neft və qaz yataqlarının aşkar edilməsi və işlənilməsi ilə şərtləndiyini bildirib:

«Bunun sayəsində biz maliyyə vəsaitlərini toplaya bildik və bu, onları inkişaf etdirmək istədiyimiz sahələrə yönəltməyə imkan yaratdı. Bu sahələr əsasən insan kapitalı, təhsil, sosial proqramlar və infrastruktur sahələridir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim bir nömrəli məqsədimizdir».

Prezident deyib ki, enerji sektorundan asılılıq ildən-ilə azalır:

«Bu da bizim elə əsas məqsədimizi təşkil edir. Çünki biz davamlı iqtisadiyyat qurmaq fikrindəyik ki, o, neft qiymətlərindən asılı olmasın».

İlham Əliyev bildirib ki, Azərbaycan uzun illərdir MDB və Mərkəzi Avropada adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə aparıcı ölkədir:

«Əgər əvvəlki illərdə biz əsasən neft-qaz sərmayələri haqqında danışırdıqsa, indi digər iqtisadi sahələrdə də sərmayələri müşahidə edirik. Bunlar xidmətlər, digər sahələr və kənd təsərrüfatıdır. Bütün bunlar bizə gələn illər ərzində uğurla inkişaf etmək imkanı yaradacaq».
XS
SM
MD
LG