Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:41

53 saylı məktəbdəki hadisəyə yeni Təhsil naziri reaksiya verib


Mikayıl Cabbarov
Mikayıl Cabbarov
-
Təhsil naziri Mikayıl Cabbarov aprelin 26-da Bakıdakı 53 saylı orta məktəbdə baş vermiş hadisə ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirini, məktəb direktorun və həmin məktəbin XI b sinif şagirdi Aygül Məmmədovanı qəbul edib.

Bu barədə məlumat Təhsil Nazirliyinin internet saytında yer alıb.

Məlumatda deyilir ki, araşdırma zamanı aydın olub ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi monitorinq imtahanı zamanı nəzarətçi ilə şagird arasında mübahisə hicab zəminində olmayıb.

Aprelin 26-da sosial şəbəkələrdə və xəbər agentliklərində yayılan məlumatlarda qeyd edilirdi ki, imtahana nəzarət edən TQDK-nın nümayəndəsi hicablı şagirdi imtahana buraxmayıb və bundan sonra həmin məktəbin şagirdləri onu döyüblər.

Nazir məsələyə reaksiya verməzdən əvvəl bu məlumatı TQDK təkzib edib. Qurumun yaydığı məlumatda deyilir ki, aprelin 25-də fizika fənni üzrə keçirilən monitorinq imtahanında XI sinif şagirdlərindən bir neçəsi imtahanın gedişinə mane olaraq intizamsız hərəkətlər ediblər. Bu, imtahan rəhbəri tərəfindən tənbehlə qarşılanıb və onlara sərt şəkildə xəbərdarlıq edilib. İmtahan rəhbərinin sərt reaksiyası şagirdlər tərəfindən kobudluqla qarşılanıb.

Nazirliyin məlumatında da qeyd olunur ki, hadisənin nizam-intizam məsələsi ətrafında yaranmış mübahisədən qaynaqlandığı müəyyən edilib.
XS
SM
MD
LG