Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Yaşım oxşayır sənə (Seçmə şeirlərdən)


-

Bu şeir son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Qalib Şəfahət


YAŞIM OXŞAYIR SƏNƏ

Yaşım oxşayır sənə,..
bənzəyir bir az.
Sənin kimi…
Sifətinə qırış düşüb,
saçı ağarıb,
gözləri zəif görür.
Saxlaya bilmədim yaşımı
Sənin kimi…
Ötüb keçir adamı,
adama oxşarlığı yox.
Amma asta-asta qənim kəsilir,
adam ömrünə
Sənin kimi…
Yaxşı ki,bu dünyada,
oxşarın tapıldı.
Lap qohumuyam deyərsən
Yaşımın.
Siz Allah,
Yastıq bilib daş qoymayın
Başımın altına…
Saxlayın o daşı
Dar gündə gərəyim olar.
Ehtibar yoxdu
nə sənə, nə də ki, yaşıma.
Vurmuşam dişimə,
Sınamışam sizi xəyanət kimi,
Ömrümü yazacam o daşa…
XS
SM
MD
LG