Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:37

İsrailin Suriyaya hava zərbəsi endirdiyi xəbər verilib


İsrail qırıcı təyyarəsi
İsrail qırıcı təyyarəsi
-
Britaniya mətbuatı yazır ki, İsrail Suriyada Hizbullah döyüşçüləri üçün “həlledici” təkmil raketlərin göndərilməsinin qarşısını alıb.
İsrail hava əməliyyatını rəsmən təsdiq edib.
İsrail rəsmiləri bildiriblər ki, söhbət kimyəvi silahlardan yox, Livanın yaraqlı qruplaşması üçün göndərilən və “qüvvələr balansını dəyişəcək həlledici” silahlardan gedir.
Bundan bir qədər əvvəl Amerika rəsmiləri AP agentliyinə hava zərbəsindən xəbərdar olduqlarını bildirmişdilər, lakin demişdilər ki, söhbət məhz elə kimyəvi silah anbarından gedir.
İsrail baş naziri Benjamin Netanyahu-nun özü də bir qədər əvvəl demişdi ki, kimyəvi silahların Hizbullahın əlinə keçməsi təhlükəsi yaranarsa, onun ölkəsi hərbi əməliyyata əl atmağa hazır olacaq.
Livan ordusu bildirib ki, iki İsrail təyyarəsi son iki gün ərzində üç dəfə Livanın hava məkanına daxil olub.
Qəzetlər yazır ki, prezident Bashar al-Assad-ın guya kimyəvi silahlara əl atması barədə iddialardan sonra, İsrailin iddia olunan hava reydləri Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirə bilər.
Bu da xəbər verilir ki, İsrail çox güman, bu reydlər üçün F-15 və F-16 qırıcılarından istifadə edib. Bu təyyarələrin lazerlə tuşlanan bombaları və səma-yer raketləri var.

İSRAİL NARAHATDIR Kİ...
“The Daily Telegraph” yazır ki, bu, İsrailin Suriyadakı məntəqələri hədəflədiyi ilk zərbə deyil. Bu ilin yanvarında İsrailin guya Hizbullah üçün silah aparan maşın karvanına zərbə endirdiyi barəfə xəbərlər yayılmışdı. İsrail o vaxt da belə hücumlar etdiyini təsdiqləməmişdi.
İsrail narahatdır ki, Livanda bazalanmış Hizbullah qruplaşması çökməkdə olan Assad rejiminin məxsus olduğu təkmil və daha təhlükəli silahları ələ keçirə bilər.
İsrail müdafiə nazirliyinin strateqlərindən Amos Gilad bildirib ki, Hizbullah hazırda kimyəvi silahlara malik deyildir və İsrailin son məlumatına görə bu silahlar hələ də Assad-ın nəzarətindədir.
Amerikada prezident Obama Birləşmiş Ştatların birbaşa olaraq Suriya münaqişəsinə müdaxiləsinə edilən çağırışları bir daha rədd edib.
İsrailin son hava zərbələri barədə xəbərlərdən az sonra çıxış edən Obama deyib ki, o, ölkəsinin bu münaqişəyə qatılmasını tələb edən ssenarini hələ görmür.
Bununla belə o, əlavə edib ki, ABŞ Silahlı Qüvvələrinin ali baş komandanı kimi heç bir variantı istisna etmir.
XS
SM
MD
LG