Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:46

Avropa Birliyinin təmsilçisindən İlham Əliyevə azad seçki və siyasi dialoq mesajı


Avropa Birliyinin təmsilçisindən İlham Əliyevə azad seçki və siyasi dialoq mesajı
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Avropa Birliyinin təmsilçisindən İlham Əliyevə azad seçki və siyasi dialoq mesajı

-
Mayın 9-da AzadlıqRadiosunun Praqadakı baş ofisinə baş çəkən Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti komissarı Štefan Füle əməkdaşlarımızın Azərbaycanla bağlı suallarına da cavab verib. Müsahibənin Azərbaycana aid olan hissələrini təqdim edirik.

- Siz yenicə Azərbaycana səfərdən qayıtmısız. Bu ölkədə xüsusilə də ilin sonunda keçiriləcək prezident seçkisi ərəfəsində hökumətin vətəndaş cəmiyyəti qurumlarına, müstəqil mediaya qarşı təzyiqlərinin davam etdiyini görürük. Tənqidçilər deyirlər ki, ümumilikdə Avropa Birliyi, eləcə də şəxsən Siz Avropanın neft və qaz ehtiyaclarına görə Bakıda rəsmilərlə görüşlərdə bu məsələləri o qədər də diqqət mərkəzində saxlamırsız. Bu barədə nə deyərdiz?

- Bu, doğru deyil. Mənim səfərimin yekunda keçirdiyim mətbuat konfransını izləyənlər, Diplomatik Akademiyada verdiyim bəyanatla tanış olanlar bilirlər ki, bizim dəyərlərimizə bağlı məsələlərə təmaslarımızda son dərəcə mühüm yer verilir. Azərbaycanla əməkdaşlığımızın çox böyük potensialı var, amma hələlik ondan tam istifadə edə bilmirik.

- Üçüncü müddət üçün seçkidə iştirak etmək istəyən prezident İlham Əliyevə seçkiöncəsi mesajınız nədir?

- Mesaj çox aydındır: Bu seçkinin azad və ədalətli keçirilməsini təmin etmək və siyasi dialoqu genişləndirmək.

- Keçən ay Serbiya ilə Kosovo arasında danışıqlarda irəliləyişlər əldə edilməsində Avropa Birliyinin vasitəçiliyinin uğurlu olduğunu gördük. Uzunmüddətli perspektivdə Avropa Birliyinin Qarabağ sülh prosesinə də cəlb edilməsi mümkündürmü?

- Məncə, Avropa Birliyinin yaxından iştirakı hələlik Dağlıq Qarabağdan çox Balkanların o biri problemli bölgələrində mümkündür. Biz artıq Qarabağ danışıqlarına vasitəçilik üçün ATƏT-in Minsk Qrupunu formalaşdırmışıq, danışıqlar üçün «Madrid Prinsipləri» yaradılıb.

Amma bu o demək deyil ki, Avropa Birliyi də danışıqların dəstəklənməsində öz rolunu gücləndirmək istəmir. Bu, birincisi.

İkincisi də biz tərəflər arasında etimadın əldə olunmasına getdikcə daha çox cəlb edilirik. Ümid edirik ki, belə etimad sülh razılaşmasına daha əlverişli mühit yarada bilər.

Həmçinin, «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində, eləcə də Azərbaycan və Ermənistanın tək ikitərəfli yox, çoxtərəfli proqramlara cəlb edilməsi yolu ilə iki ölkə arasında etimadın yaranmasına çalışırıq. Həm də təkcə dövlət təmsilçiləri deyil, iki ölkənin xalqları arasında qarşılıqlı etimadının formalaşmasına cəhd edirik.

Bu, olduqca vacibdir və Avropa Birliyi hələlik tərəflər arasında sülh prosesinin bu mühüm sahəsinə cəlb edilib.
XS
SM
MD
LG