Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:49

Gənc fəal İlkin Rüstəmzadə həbs olundu [Video]


İlkin Rüstəmzadə həbs edildi
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

İlkin Rüstəmzadə həbs edildi

-
Nəsimi rayon Məhkəməsi istintaqın təqdimatı əsasında İlkin Rüstəmzadə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.

13:10 - VƏKİL İLKİNİN VİDEOYA GÖRƏ SAXLANDIĞINI DEYİR

Azad Gənclik təşkilatının üzvü İlkin Rüstəmzadə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən təqsirləndirilən şəxs qismində Nəsimi rayon məhkəməsinə aparılır.

Bu barədə AzadlıqRadiosuna İ. Rüstəmzadənin vəkili Nemət Kərimov məlumat verib. Vəkilin sözlərinə görə, İlkin Rüstəmzadə Youtube-da yerləşdirilən «Harlem Shake» videosuna görə saxlanıb:

«İlkinin bu videoya hər hansı dəxli yoxdur. Amma İdarədə dedilər ki, videonu İlkin çəkib, montaj edib, Youtube-a yerləşdirib. İlkinsə bu videonun hazırlanmasında iştirak etmədiyini bildirib».

Vəkil deyir ki, İ. Rüstəmzadə barəsində həbs qətimkan tədbiri seçmək üçün Nəsimi rayon məhkəməsinə aparılır. O, xuliqanlıqda təqsirləndirilir.

İlkin Rüstəmzadə 30 aprel «Terrora yox» aksiyası zamanı 15 günlük həbs olunmuşdu. O, mayın 15-də azadlığa buraxılmışdı.

Gənc fəal «Əsgər ölümlərinə son» aksiyasının təşkilatçılarından biri olub.
XS
SM
MD
LG