Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:33

Britaniya məhkəməsi spikerin arvadını Twitter böhtanına görə cərimələdi


Arxiv foto
Arxiv foto
-
Britaniya Parlamenti Nümayəndələr Palatası spikeri John Bercow-un xanımı Sally Bercow ötən ilin payızında Twitterdə yazdığı bir postda millət vəkili lord McAlpine-a böhtan atmaqda ittiham edildi.
Bundan əvvəl, Margaret Thatcher dövründə Mühafizəkarlar Partiyasının xəzinədarı olmuş lord McAlpine BBC-ni və bir sıra qəzetlərin müxbirlərini məhkəmə ilə hədələməklə onlardan külli miqdarda təzminat almışdı.
Həmin media mənsubları dəhşətli səhvə yol verdiklərini başa düşərək siyasətçidən üzr istəmiş və onun tələb etdiyi təzminatı ödəmişdilər.
Bir tək xanım Bercow rəsmən üzr istəsə də, inadkarlıq göstərir, “səhv etmişəm, adi bir spiker xanımıyam, qadınam” deyib cəriməni ödəməkdən yayınırdı.

Ötən ilin noyabrında BBC-nin məşhur “Newsnight” proqramında “çox nüfuzlu bir millət
vəkilinin pedofil olması” barədə informasiya səslənmiş, hərçənd siyasətçinin adı proqramın özündə çəkilməmişdi.
Lakin BBC-nin bu proqramının sosial şəbəkələrdə yayılan anonslarında bu şəxsin McAlpine olduğu bildirilmişdi.
Az sonra, illər öncəsi kimsəsizlər evində seksual təcavüzə məruz qaldığı söylənən şəxs cənab McAlpine-ı tanımadığı barədə bəyanat verdi.
Bundan sonra mühafizəkar veteranın Twitterdə ona qara yaxanlar üzərinə əsil ovu başlandı. Spikerin xanımı adıçəkilən proqramdan dərhal sonra öz Twitter hesabında yazmışdı:
“Görəsən, lord McAlpine bütün bu olanlardan sonra niyə sifətinə belə bir məsum ifadə verib?”
BU, BÖHTAN YOX, AXMAQLIQ OLUB
Lakin səhv üzə çıxandan sonra müxalif Leyboristlər Partiyasının fəalı olan xanım Bercow Twitter vasitəsilə və yazılı məktublarla lorddan dörd dəfə üzr istəmişdi.
O, öz hərəkətinin daha çox böhtan yox, axmaqlıq olduğunu iddia edirdi.
Lakin lord McAlpine heç bir üzrxahlıq qəbul etmək fikrində deyildi.
O, bu ilin fevral ayında BBC və İTV telekanallarından “altı rəqəmli məbləğdə” təzminatını almışdı, hərçənd 500-dək başqa Twitter istifadəçilərininin “günahından keçdiyini” elan etmiş, onları sadəcə olaraq BBC-nin uşaqlar üçün xeyriyyə proqramına bacardıqları qədər ianə verməyə çağırmışdı.
Buna baxmayaraq lord, vəkillərinə spiker xanımının xirtdəyini əldən buraxmamağı tapşırmışdı.
Sally Bercow məhkəmə dinləməsində and-aman edirdi ki, məqsədi qocaman siyasətçini pedofiliyada ifşa etmək olmayıb.
Bununla belə, xanım Bercow cümə günü keçirilən Ali Məhkəmə dinləməsində təqsirini etiraf edib və ona lordun vəkilləri tərəfindən bundan əvvəl təqdim olunmuş təzminat tələbi ilə razılaşdığını bildirib.
Lakin indi, spikerin xanımı çox ağır cərimə ilə yanaşı, çox da ağır olan məhkəmə xərclərini ödəməli olacaq.
Şikayətçinin vəkilləri bildiriblər ki, bundan əvvəl yazdığı üzrxahlıq məktublarından heç
birində xanım Bercow dəhşətli bir böhtan atdığını etiraf etməyib.
BÖHTAN SOSİAL ŞƏBƏKƏDƏ DƏ BÖHTANDIR
Hökmü çıxaran hakim deyib: “Bu qərar həm də onu nümayiş etdirir ki, böhtan, elə sosial şəbəkələrdə də böhtandır”.
O məmnunluğunu bildirib ki, Sally Bercow təqsirini boynuna alıb və lordun hələ yanvar
ayında tələb etdiyi təzminatın məbləği ilə razılaşıb.
Məbləğ isə açıqlanmır. Britaniya hüququna görə cavabdeh tərəf zərəçəkənlə məhkəmədən kənarda haqq-hesablaşmaq öhdəliyi götürdükdə məbləğ açıqlanmaya bilər.
Avropada ən sərt mətbuat qanunlarına malik Britaniyada sosial şəbəkələrdə yazdıqları ilə bağlı artıq onlarca istifadəçi cərimələnib.
Onlardan hətta həbs cəzasına məhkum edilənləri də var.
Bir neçə ay bundan əvvəl qəzetlərdən birində dərc olunmuş maraqlı “prokuror məsləhətlərində” deyilirdi ki, sosial şəbəkələrdə kimi isə təhqir edən şəxs, dərhal elə həmin şəbəkələrdə üzr istəyərsə, məsuliyyətdən yaxa qurtara bilər.
Lakin “adi spiker xanımı”nın tərəddüdü aylarla davam edib.
XS
SM
MD
LG