Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:26

Abbas Abbasov: «Biz demokratik cəmiyyətdə yaşamaq istəyirik»


Abbas Abbasov
Abbas Abbasov
-
Mayın 28-də Rusiya-Azərbaycan Təşkilatları İttifaqının rəhbəri və AzerRos Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun «Azerros» portalına müsahibəsi dərc olunub. O, Samarada Azərbaycan mədəniyyəti günlərinin təşkili ilə yanaşı, Putinin prezident seçilməsindən sonra Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərə, özəlliklə Azərbaycan icmalarının durumuna da toxunub.

Abbas Abbasov Rusiyada mövcud Azərbaycan icmalarının qarşılıqlı münasibətlərini şərh edərkən deyib:

«Sirr deyil ki, bu gün Rusiya ərazisində anti-Azərbaycan siyasəti yürüdən insanlar da var. Onlar kriminal fəaliyyətləri ilə bizim milləti biabır edirlər».

Abbas Abbasov Rusiyada yaratdığı Azərbaycan icmasının məqsədlərindən danışıb:

«Mən niyə qüdrətli Azərbaycan icmasının yaranmasını istəyirəm? O üzdən ki, ölkə rəhbərliyindən çağırış gəlsə, bir yumruq kimi öz tarixi vətənimizlə birgə çıxış edə bilək. Həm də ona görə ki, Azərbaycanla Rusiya, xalqımızla Rusiya Federasiyasındakı başqa xalqlar arasında əlaqələrə və dostluğa dəstək verək. Əsas məqsədimiz budur.

İndi təkcə Rusiyadakı deyil, Ukrayna və Belarusdakı Azərbaycan icmaları arasında nələr baş verdiyini hamı anlayır... Eyni durumdur. Özbəkistanda da, elə hər yerdə! Bizə sırınan yanlış milli özünüdərk siyasəti milli maraqlarımıza daban-dabana ziddir. Bu siyasət xalqımızın birləşməsinə xidmət etmir – birliyə və dövlətimizə dəstək verilməsinə xidmət etmir. Məsələnin pis tərəfi budur.

Biz güclüyük. Heç kəs xalqımızın birləşməsinə mane ola bilməz. Biz bir-birimizi sevir və sayırıq. Əleyhimizə çıxan insanlarsa, inanın ki, çıxıb gedəcəklər. Onlar gedəcək, olmayacaqlar. İstəsəniz, adlarını bircə-bircə çəkə bilərəm. Amma xalqın özü də hər şeyi bilir və onlara layiq olduqları qiyməti verəcək. Kim olursa-olsun, xalqımızı tapdamağa yol verməyəcəyik. Biz demokratik cəmiyyətdə yaşamaq istəyirik – bütün insanların azad və səsvermə hüququnun olduğu və bunlardan yararlandığı bir cəmiyyətdə».
XS
SM
MD
LG