Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Talibanın Pakistandakı ikinci adamının öldürüldüyü bildirilir


Wali ur-Rehman yaraqlı həmkarları arasında Vəziristanda. 28 iyul 2011
Wali ur-Rehman yaraqlı həmkarları arasında Vəziristanda. 28 iyul 2011
.


Pakistandan verilən xəbərlərdə deyilir ki, Şimali Vəziristan rayonunda pilotsuz təyyarələrin zərbəsi ilə öldürülmüş azı dörd nəfərin arasında Taliban liderinin müavini Wali ur-Rehman da var.

Bu, Pakistanda yeni hökumətin elanından sonra ABŞ piltotsouz təyyarəsinin ilk belə zərbəsidir.

Pakistandakı Taliban bu xəbəri təkzib edir.

Bu hücum həmçinin prezident Barack Obamanın belə təyyarələrdən istifadəni məhdudlaşdıracağı barədə keçən həftə etdiyi nitqdən sonra həyata keçirilib. Əslində Obama əl-Qaeda liderlərinin öldürülməsi üçün dronlardan fəal münaqişə zonalarında istifadənin davam etdiriləcəyini demişdi.

Mətbuat yazır ki, bu hadisə Pakistanın yeni hökumət başçısı Nawaz Sharif üçün müəyyən siyasi çətinliklər yarada bilər.

Sharif özünün seçki kampaniyasında dron zərbələrinin Pakistanın suverenliyini pozduğunu bəyan etmişdi.

O həmçinin “Təhrike-Taliban Pakistan” təşkilatı ilə danışıqlara hazırlaşdığını və bu məqsədlə ektremist mollalara müraciət etdiyini bildirmişdi.

Britaniya mətbuatı yazır ki, bütün bunlara baxmayaraq, “Pakistanın təhlükəsizlik qüvvələri Wali ur-Rehman üçün çox da göz yaşı axıtmayacaqlar”. Rehman Pakistan polisi və təhlükəsizliyi qüvvələri üzərinə ölümcül hücumlara dirijorluq edirdi.

2009-cu ildə Pakistan onun ölüsünü və ya dirisini gətirən üçün mükafat elan etmişdi.

2010-cu ildə ABŞ hökuməti onu “xüsusilə təlükəli qlobal terrorçu” kimi qeydiyyata almış və həbsinə gətirib çıxaracq hər hansı informasiya üçün 5 milyon dollar mükafat vəd etmişdi.

Vəziristan ərazisində işləyən Pakistan jurnalisti Rehmanın Şimali Vəziristanın əsas şəhəri Miranşahdan iki kilometr aralıda olan Xəmsə kəndi yaxınlığında öldürülənlərin arasında olduğunu təsdiq edib.

Bəzi başqa mənbələr ölənlərin 4 yox, 7 olduğunu bildirir və həmçinin Pakistan təhlükəsizlik qüvvələrinə istinadən ölənlərin arasında Wali ur-Rehman-ın olduğunu bir daha təsdiqləyirlər.

Britaniya mərtbutı yazır ki, pilotsuz təyyarə zərbələrinin nəticəsi barədə məlumatları əldə etmək son dərəcə mürəkkəbdir.

İstər polis, istərsə də yaraqlılar jurnalistlərin bu ərazidə olmasını istəmirlər.
XS
SM
MD
LG