Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:26

Erdoğan canlı yayımda «Taksim» hadisələrindən danışdı


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan
-
Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan TV ilə canlı yayımda «Taksim» meydanında baş verənlərə münasibət bildirir.

Müxalifəti tənqid edən baş nazir baş verənlərin arxasında demokratiyaya təhlükə olduğunu deyib.

- «Bunlar istəyir ki, insanlar gecəqondularda yaşasınlar. Bizim amalımız isə insanların insan kimi yaşamasıdır. Hər yerdə milli parklar qururuq. İndi burda bəzi dostlar etiraz edə bilər. Baxın, Zekeriya köyündə yüzlərlə ağac kəsildi, universitet tikildi. İndi bağırıb çığıranlar o zaman harada idi. Niyə o zaman meydana çıxıb danışmadılar. O zaman mən həbsxanada idim. Mən şer oxuduğum üçün həbsxanada idim. İndi o universitet dövlətin universiteti. Bəzi məlumatlara görə, həmin ərazidə 40 min ağac kəsilib. İndi «Taksim» meydanında bu hadisələri törədənlər düz addım atmır. Kimsə nəyi isə düz demək istəyirsə, çıxıb düzünü desin».

- «Bu hökuməti ağaca yaşıllığa qarşı çıxan hökumət adlandırmaq düzgün deyil. Səmimi olan dürüst olar. İçməli su tapa bilmirdiniz. İndi tərtəmiz İstanbula, suyu olan İstanbula qovuşduq deyə, bunu belə edirsiniz. 368 min ağac kəsiləcəkmi? Bu haradan çıxdı, belə bir məntiq haradan çıxdı. Haradandır bu məntiq?».

- «CHP başqanına səslənirəm. Bu gün Kadıköydə mitinq keçirəcəyini bəyan edib. Keçirsin, bu, onun haqqı, problem deyil. O mitinqdə təhrik ifadələri işlətməli olsan, unutma ki, bu millət sizi heç bir zaman əfv etməyəcək. Məsələ mitinq keçirməkdirsə, mən onun 100 min adam topladığı mitinqə 1 milyon adam toplayaram».

İSTANBULDAN MİLLİYET.TV-nin CANLI GÖRÜNTÜLƏRİ
XS
SM
MD
LG