Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:37

Sarkisian-ın MBD toplantısında iştirak etməməsi təhlilçilərə bol mövzu verib


Arxiv foto: Rusiya prezidenti Vladimir Putin (solda) ermənistanlı həmkarı Serzh Sarkisianla.
Arxiv foto: Rusiya prezidenti Vladimir Putin (solda) ermənistanlı həmkarı Serzh Sarkisianla.

Uzun müddətdir Ermənistan Rusiyanın Cənubi Qafqazdakı ən etibarlı müttəfiqidir. Məhz buna görə də, bu ölkənin prezidenti ötən həftə Moskvanın rəhbərlik etdiyi təhkükəsizlik blokunun Qırğızıstanda keçirilən sammitinə getməkdən imtina edəndə, çoxları təəccübləndilər.

Azadlıq Radiosunun müxbiri Robert Coalson Yerevanın Avropa İttifaqı ilə münasibətlərinin yaxşılaşmasından Rusiya-Ermənistan münasibətlərinin necə təsirləndiyi barədə yazır.

Belə görünə bilər ki, Qırğızıstanda keçirilən tədbir elə də əhəmiyyətli bir toplantı olmayıb, lakin prezidentin ora getməməsi çoxlu söz-söhbət yaradıb.

Ermənistan prezdenti Serzh Sarkisian-nın iştirakdan imtina etdiyi tədbir – Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qeyri-rəsmi sammiti mayın 28-də keçirilirdi. Sarkisian-ın ofisi prezidentin sammitə qatılmamasını həmin gün Ermənistanda respublika gününün qeyd edilməsi və Britaniya şahzadəsi Çarlzın ölkəyə səfəri ilə izah edib.

Buna baxmayaraq, bir çoxları Sarkisyanın sammitdə iştirak etməmək qərarını
Richard Giragosian
Richard Giragosian
Moskvanın Ermənistana münasibətindən narazılığın təzahürü kimi quiymətləndirirlər.

Yerevanda mənzillənmiş müstəqil Regional Araşdırmalar Mərkəzinin direktoru Richard Giragosian deyir ki, Ermənistan uzun müddətfdir, sakit bir tərzdə Moskvadan asılılığını azaltmağa yönəlmiş “strateji siyasət” formalaşdırır:

- Uzun illər ərzində Ermənistan Rusiyanın hərbi diktaturasına çevrilmək kimi ciddi təhlükə ilə üzləşir. Bu özünü Rusiyadan ifrat asılılıqda və bəzən hətta Rusiyanın maraqlarına müti tabeçilikdə büruzə verir. Lakin son iki-üç ildə bu, bir qədər dəyişib.

Bu müddətdə Yerevan NATO ilə əməkdaşlığını inkişaf etdirib və Avriopa İttifaqının Şərq Tərəfdaşlıq blokunun fəal üzvünə çevrilib.

Doğrudur, Ermənistanın Şərqi Tərəfdaşlıq blokunda iştirakı, deyək ki, Ukrayna və ya Moldovanın iştirakından daha sakitdir. Lakin bu blokun gələn il noyabrda Vilnüsdə keçirləcək sammitində Ermənistan təşkilatla Dərin və Hərtərəfli Azad Ticarət Müqaviləsi imzalayacaq.

Bununla belə, Ermənistan rəsmiləri Rusiya ilə münasibətlərin “əla” olduğunu
Artur Baghdasarian
Artur Baghdasarian
urğulayırlar. Mayın 30-da, görünür məhz elə Rusiya ilə münasibətlərin zəiflədiyi barədə şaiyələri qətiyyətli şəkildə rədd etmək üçün keçirilmiş mətbuat konfransında Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baghdasarian deyib:

- Mən əminəm ki, Ermənistan-Rusiya münasibətləri əla və müsbət durumdadır. Ermənistan-Rusiya dialoqu ən yüksək səviyyədədir və prezidentlər, hökumətlər, xarici işlər nazirləri və təhlükəsizlik şuraları tərəfindən həyata keçirilir. Ermənistan-Rusiya münasibətləri hər sahədə uğurla inkişaf edir.

Baghdasaryan qeyd edib ki, Ermənistan xarici işlər naziri Eduard Nalbandyan da daxil olmaqla Bişkekə yüksək səviyyəli nümayəndə heyəti göndərilib.

Giragosian da etiraf edir ki, Ermənistan-Rusiya münasibətlərindəki dəyişiklik inqilabi yox, təkamül yolu ilə baş verir.

Lakin Rusiyanın ümumilikdə Cənubi Qafqazda öz nüfuzunu artırmaq əzminin kontekstində bu dəyişiklik mühüm xarakter daşıyır. Moskvanın Azərbaycanla münasibətləri uzun müddətdir ki, soyuqdur və Gürcüstanla münasibətlər baş nazir Bidzina İvanishvili ötən oktyabrda hakimiyyətə gəldikdən sonra yaxşılaşsa da, 2008-ci ilin müharibəsindən qaynaqlanan bir sıra məsələlərə görə zəif olaraq qalır.

Rusiyanın Ermənistana dair mövqeyi möhkəmdir. Bu mövqe Ermənistana münaqişədə olduğu qonşusu Azərbaycanla münasibətlərdə dəstək verir. Bu mövqe həmçinin Ermənistan iqtisadiyayatının əsas sahələrinin, xüsusilə də enerji sahəsinin Moskva tərəfindən nəzarət olunmasını təmin edir. Bundan başqa, Ermənistan iqtisadiyyatı erməni diasporasından gələn maliyyə köçürmələrindən asılıdır və bu köçürmələrin böyük bir hissəsi Rusiyanın payına düşür.

Digər tərəfdən, Rusiyanın daimi hərbi bazasının yerlıəşdiyi Ermənistan KTMT-nin Cənubi Qafqazdan olan yeganə üzvüdür. İndi Ermənistan başa düşür ki, Kremlə təsir etmək üçün əvvəllər özünün də təsəvvür etdiyindən daha böyük vasitələrə malikdir.

Moskva Ermənistanın mövqeyini Yerevanı və digər keçmiş sovet respublikalarını, xüsusilə də Ukrayna və Moldovanı Avrasiya Gömrük İttifaqına (AGİ) üzv qəbul olunmaları üçün etdiyi təzyiqlərlə sınayır. Lakin hələlik yalnız Rusiya, Belarus və Qazaxıstan bu ittifaqın üzvüdür. Moskva bu bloku daha da genişləndirib Avriasiya İyttifaqına çevirməyə ümid bəsləyir.

Bununla belə, Avropa İttifaqı aydın bəyan edib ki, Avrasiya Gömrük İttifaqında üzvlük Dərin və Hərtərəfli Azad Ticarət Müqaviləsi və Aİ Assosiasiya Razılaşması ilə bir araya sığmır.

Stefan Fuele
Stefan Fuele
Mayın 28-də Brüsseldə etdiyi çıxışında Avropa İttifaqının Genişlənmə üzrə komissarı Stefan Fuele deyib ki, “mart ayında Moskvaya səfərimiz zamanı bu uyarsızlığı izah etdik və bildirdik ki, biz hüquqi baxımdan öhdəlikli olan sazişləri özlərinin xarici ticarət siyasəti olmayan üzvlərlə bağlaya bilmərik”.

Ukrayna Moskvanın AGİ-yə üzvlük barədə tələblərini dəf edərək layihədə yalnız “müşahidəçi” qismində iştiraka razılıq verib. Ermənistan təbii qaz qiymətlərinin qaldırılması da daxil olmaqla Rusiyanın tətbiq etdiyi nəhəng təzyiqlərə baxmayaraq, hələlik AGİ-yə qoşulmaqdan boyun qaçıra bilib və Avriopa İttifaqı ilə müqavilələrin imzalanması istiqamətində işləyir.

2010-cu ildə Rusiya prezidenti Dmitry Medvedev Gümri hərbi bazasından istifadə üçün razılaşmanın müddətini 2045-ci ilədək uzatmaq üçün Yerevana uçanda, analitiklər əmin idilər ki, Ermənistan öz suverenliyini qurban verir. Onda siyasi təhlilçi Aharon Adibekian kinayə ilə yazırdı: “Düşmən səni küncə sıxanda müqavimət göstərmə, özünü boş burax və maksimum dərəcədə ləzzət almağa çalış”.

Lakin bu cür narahatlıqlar bəlkə də şişirdilir. Yerevan həmin vaxtlarda artıq özünün Aİ ilə daha dərin münasibətlərin qurulması və hətta regional qonşusu Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması da daxil olmaqla çoxvektorlu xarici yanaşmasını inkişaf etdirirdi.

Təhlilçi Giragosian düşünür ki, Yerevan AGİ barədə Rusiyanın təzyiqlərinə sinə gərə biləcək və onun bu cəhdləri Vilnüs sammitində bəhrəsini gətirəcək:

- Ermənistan Rusiyanın üstünlüyünü şübhə altına alanda, nətivə bu olur ki, Ermənistana etimad göstərən Rusiya Yerevana daha böyük hörmətlə yanaşır. Başqa sözlərlə, Ermənistanın Rusiya üçün strateji əhəmiyyəti Rusiyanın etiraf edə biləcəyindən daha böyükdür.
XS
SM
MD
LG