Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:33

Rəsmi Bakı Avropa Parlamentinə cavab verdi


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi
-
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi «Azərbaycan: İlqar Məmmədov məsələsi» adlı qətnaməni pisləyir.

İyunun 14-də Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir ki, bu addım Avropa İttifaqı ilə ikitərəfli münasibətlərə xidmət etmir:

«Azərbaycan-Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələ biləcəyi bir zamanda belə addımların atılması müxtəlif maraqlara xidmət edir. Halbuki Avropa Parlamenti elə Avropanın özündə baş verən hadisələrə və Cənubi Qafqaz regionunda gedən siyasi-hərbi proseslərə göz yumur».

XİN bəyan edir ki, avropalı deputatların qəbul etdiyi sənəd beynəlxalq hüququn suveren subyekti olan Azərbaycan üçün qəbuledilməzdir:

«Artıq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası müstəqil dövlətdir, müstəqil daxili və xarici siyasət həyata keçirir».

İyunun 13-də Avropa Parlamenti «İlqar Məmmədovun işi» adlı qətnamə qəbul edib. Avropalı deputatlar Azərbaycanda siyasilərin həbsindən, eləcə də sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasından narahatlıq bildiriblər. Onlar Bakıdan bu məsələlərin ədalətli həllini istəyiblər.
XS
SM
MD
LG