Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:56

Bayraqdar E.Türkoğlunun oğlu intihar edib


Elman Türkoğlu
Elman Türkoğlu
-
KXCP üzvü Elman Türkoğlunun oğlu Məhəmmədəmin Həsənli intihar edib. Bu barədə AzadlıqRadiosun partiyanın sədr müavini Xəzər Teyyublu məlumat verib. İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil:
«Hələki bilinmir, hadisə gecə saat 12:40-da baş verib. İndi onu Masallının Şərəfə kəndinə aparıblar, o, doğulduğu kənddə dəfn olunacaq».
Elman Türkoğlu APA-ya müsahibəsində deyib ki, oğlu intihar etməzdən əvvəl buraxılış imtahanlarının nəticəsini öyrənmək üçün ondan bir manat istəyib və 20 dəqiqə sonra hadisə baş verib:
«İşdən evə gəldim, birlikdə çörək yedik. Bir qədər sonra internet klubda buraxılış imtahanlarının nəticələrini öyrənmək üçün məndən 1 manat istədi. Məndən pulu aldı. 20 dəqiqədən sonra isə uşaq asılı vəziyyətdə tapıldı. Nə olubsa, 20 dəqiqənin içində olub. Onu təxminən saat 1-ə 20 dəqiqə qalmış asılı vəziyyətdə görüblər. Məhəmmədəmin özünü ayaqyolunda asmışdı».
E. Türkoğlu onu da bildirib ki, oğlu intihar etməzdən əvvəl bu barədə heç kimə heç nə deməyib, üstündə heç bir kağız olmayıb.

XS
SM
MD
LG