Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

AP-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmə olub


Avropa Parlamentinin insan hüquqları komitəsi Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı dinləmə təşkil edib.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dinləmədə məruzə ilə çıxış edərək, auditoriyanın diqqətini oktyabrda keçiriləcək prezident seçkisi ərəfəsində insan hüquqları probleminə yönəldib. O, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığını vurğulayıb:

«2005-ci ilin noyabrından Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın mərkəzində piket və nümayişlərin keçirilməsini qadağan edib. Həmçinin əyalətlərdə açıq havada görüşlər qadağandır. Prezident seçkisi ilində faktiki olaraq fövqəladə vəziyyət yaradılıb, siyasi partiyaların qapalı yerlərdə toplantı keçirməsi də əngəllənir. Vətəndaş cəmiyyəti fəalları və müxalifət liderlərinin ölkədə sərbəst hərəkətinə icazə verilmir».

Hüquq müdafiəçisi REAL hərəkatının lideri İlqar Məmmədovun, Müsavat başqanının müavini, jurnalist Tofiq Yaqublunun, «N!DA» üzvlərinin, jurnalistlər Əvəz Zeynallı, Hilal Məmmədovun həbsinə də toxunub. O, əlavə edib ki, Azərbaycanda dindarların təqib olunması davam edir: «Hazırda 256 dindar həbsdədir. Onlardan 79-u heç bir cinayət törətməyib.

2013-cü il iyunun 7-də prezident Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qurultayında seçki kampaniyasının xarakterini açıqlayıb və müxalifəti ittiham edib. O, müxalifəti «xəyanətkar, satqın qruplaşmalardan ibarət antimilli qüvvələr adlandırıb. Əliyevin sözləri repressiyaların artması üçün siqnal olacaq».

Məlumatı «Turan» yayıb.
XS
SM
MD
LG